Bakıdan bu rayonlara getmək asanlaşdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:11 Məşhur NBA oyunçusu vəfat edib  |     22:01 Kamçatkada 6,3 maqnitudada zəlzələ baş verib  |     21:56 AYNA: Bakıdan Şəmkir, Beyləqan və Gədəbəyə onlayn bilet satışına başlanılır  |     21:49 Neymar məşqləri bərpa edib  |     21:47 Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar artıb  |     21:43 Ermənistan “Zod” yatağında qızıl hasilatını bərpa edib  |     21:35 Sabah yüksək dağlıq ərazilərdə qar yağacaq - PROQNOZ  |     21:29 Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların dövriyyəsi dəyişəcək  |     21:29 Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır  |     21:24 MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: Namiq Poladov məni sürgün edib  |     21:13 İsrailin Livanla sərhədi yaxınlığında PUA vurulub  |     21:05 "Abşeron"un baş məşqçisinin daha bir köməkçisi müəyyənləşib  |     20:01 Həftəsonu ölkə ərazisində 40 kiloqrama yaxın narkotik aşkarlanıb  |     19:53 Azərbaycan avqustda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     19:46 Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb  |     19:42 Pensiyalarda artım nə qədər olacaq?  |     19:39 Gəncədə əməliyyat olunan qadın xəstəxanada ölüb  |     19:35 Qəhvə bu insanlar üçün faydalıdır  |     19:31 Bu həftə Avstriya hökuməti istefa verəcək  |     19:30 Azərbaycan XİN Nepala başsağlığı verib  |    

Bakıdan bu rayonlara getmək asanlaşdı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində daha bir neçə rayona bilet almağı asanlaşdırıb.

"Biletim.az" portalına əlavə olunmuş yeni məntəqələr əsasında artıq Bakıdan Şəmkirə, Beyləqana və Gədəbəy rayonunun Noviovanovka kəndinə yollanmaq istəyən sərnişinlər avtobuslara bileti onlayn ala bilərlər.

Həmçinin, portala daha əvvəl mövcud olan Bakı-Kürdəmir, Bakı-Siyəzən və Bakı-İsmayıllı marşrutları üzrə də əlavə reyslər daxil edilib. Bakı-İsmayıllı marşrutları üzrə Şamaxı şəhəri aralıq məntəqəsi kimi təyin olunub.

Beləliklə "biletim.az" portalında 45 şəhər və rayona 74 istiqamət üzrə bilet almaq mümkündür. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 154, nəqliyyat vasitələrinin sayı isə 321-dir.

Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Məlumat üçün bildirək ki, bilet əldə etmək üçün sərnişinlər "biletim.az" saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün "Biletim" mobil tətbiqini "Əpp Stor" və "Quql Pley"dən yükləmək mümkündür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            84 30.09.24 19:29