Pəhrizdə şorbadan imtina etsəniz nə olar? – Həkim danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI  |     22:46 İtaliya istehsalı olan helikopter Bakıda eniş etdi: "ADEX"də təqdim olunacaq  |     22:36 Alimlər bal arısı zəhərinin xərçəng hüceyrələrini məhv etdiyi müəyyən ediblər  |     22:00 Yeni qan qrupu KƏŞF EDİLDİ  |     21:52 Yuxuda şokolad görmək nədən xəbər verir?  |     21:44 Pəhrizdə şorbadan imtina etsəniz nə olar? – Həkim danışdı  |     21:37 Marketdəki məhsulun zərərli olduğunu necə bilmək olar?  |     21:29 Silvestr Stallonedən qızlarına 25 milyon dollarlıq hədiyyə  |     21:23 Röyadan təsirli paylaşım: "O barmaqlar daha mənim üçün çalmır" (VİDEO)  |     21:17 Azərbaycanın bu kəndində hər ailənin öz qəbiristanlığı var - VİDEO  |     21:11 Harris Trampla yenidən debat istəyir  |     21:03 PSJ Mbappenin 55 milyon avrosunu ödəməkdən imtina etdi  |     20:58 Qohumunun evindən 18500 manat oğurladı, "WhatsApp"da mesaj yazdı...  |     20:51 "Crocus"da törədilən terror ilə bağlı işdə iştirak edən yeni fiqurantların adları açıqlandı  |     20:44 Mamontların nəsli niyə kəsilib? - Alimlərdən gözlənilməz fərziyyə  |     20:36 Yevlax sakini avtomobillə qəsdən vurularaq öldürülüb, saxlanılan var  |     20:30 Mahir Emrelinin komandası məğlub olub  |     20:25 Türkiyə ordusu İraqda yeni əməliyyat keçirib, 17 terrorçu öldürülüb  |     20:19 Ombudsman ABŞ Konqresinin Azərbaycana qarşı qərəzli yanaşmalarını qətiyyətlə pisləyib  |     20:11 Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub  |    

Pəhrizdə şorbadan imtina etsəniz nə olar? – Həkim danışdı

Çoxları şorbaların yaxşı həzm və daxili orqanların işləməsi üçün lazımlı olduğuna inanır. Amma bu doğrudurmu?

Bir çox insanlar şorbaların balanslaşdırılmış pəhrizin tərkib hissəsi olduğuna inanırlar. Onlar olmadan pəhrizin natamam olduğuna və mədənin normal işləməyəcəyini düşünür.

Bu sualın cavabını məşhur qidalanma mütəxəssisi Yuri Popko cavab verib:

“Sovet dövründə böyüyən insanlar xatırlayırlar ki, nahar mütləq birinci yemək və qarnirdən ibarət idi. Və bu onların nə sağlamlığına, nə də başqa şeyə təsir etmirdi”.

Onun sözlərinə görə, klassik toyuq şorbasına adətən kartof, taxıl, toyuq budu, kələm, noxud, su və ədviyyatlar əlavə olunur. Bütün bu maddələr ayrı-ayrılıqda bişirilə bilər. Su yalnız yeməyin həcmini artırır, lakin kalori əlavə etmir, çünki suyun özündə kalori yoxdur.

“Ona görə də şorbanın özünün heç bir xüsusi faydası yoxdur, yeganə istisna, tərkibində kollagen olan sümük suyudur. Ancaq onu çıxarmaq üçün bulyonu təxminən 48 saat bişirmək lazımdır”, - ekspert bildirib.

O, həmçinin vurğulayır ki, müəyyən qidaları necə istehlak etməyin fərqi yoxdur - çiy, fərqli bişmiş və ya şorbada qaynadılmış.

"Şorbaların əsas üstünlüyü ondan ibarətdir ki, onları içdikdə mədə tez doyur və nəticədə az kalori istehlak edirik. Bu zaman yeməyin böyük həcminə görə doyma hissi yaranır", - deyə həkim izah edib.

Beləliklə, arıqlamaq prosesindəsinizsə, şorbalar faydalı ola bilər, çünki onlar kaloriləri azaltmağa kömək edir, eyni zamanda sizi tox hiss etdirir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            162 21.09.24 21:44