Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli beşotaqlı evin dam örtüyünün yanar konstruksiyaları və iki otağının tavanı 30 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Baku.ws-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.