Astarada qadının mövcud olmayan uşağa görə aliment aldığı ortaya çıxdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:49 Çindən Azərbaycana gətirilən avtomobillər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO  |     14:16 Metronun "28 May" stansiyasının qarşısındakı təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO  |     14:05 Bakıda beşotaqlı ev yandı  |     14:02 Polkovnik Samir Həziyev barədə yeni qərar  |     13:52 Salyanda qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb  |     13:19 Azərbaycanda qalmaqallı bələdiyyənin möhürü yoxa çıxdı  |     13:14 Paris-2024: Dürsədəf Kərimova məğlub olub  |     22:57 İran Prezidentinin ilk mətbuat konfransının tarixi açıqlanıb  |     22:52 Azərbaycan Su Ehtiyatları Agentliyində yeni təyinat olub  |     22:43 Şirvanda şəhidin oğlu özünü asıb - FOTO  |     22:35 Antiterror əməliyyatının indiyədək açıqlanmayan DETALLARI  |     22:23 MN antiterror əməliyyatından görüntülər yaydı - VİDEO  |     22:11 Özbaşına ağrıkəsici qəbulu bu fəsadlara səbəb ola bilər - Xəbərdarlıq  |     22:00 Yol qəzası Mərdəkan şosesi istiqamətində sıxlığa səbəb olub  |     21:51 Salyanda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var  |     21:43 Daha iki avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib  |     21:32 Naxçıvanda elektrik vurması nəticəsində 9 yaşlı uşaq ölüb  |     21:15 Azərbaycan FHN-in Amfibiya təyyarəsi İzmir-Urla istiqamətində meşə yanğınları ilə mübarizəyə cəlb olunub - VİDEO  |     20:32 “Azərbaycan Dəmir Yolları” onlayn bilet satışını təkmilləşdirib - VİDEO  |     20:12 Bir ailənin 4 üzvü qidadan ZƏHƏRLƏNDİ  |    

Astarada qadının mövcud olmayan uşağa görə aliment aldığı ortaya çıxdı

Astara rayonunun Kakalos Ailə Sağlamlıq Mərkəzi (ASM) və Lənkəran rayon Mamusta ASM-in vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Astara Rayon Prokurorluğu məlumat yayıb.

Məlumata görə, araşdırma zamanı həmin mərkəzlərin vəzifəli şəxsləri tərəfindən vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, bunun əsasında sonuncunun mövcud olmayan həmin uşağa dair qanunsuz olaraq şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməsi və qeyd olunan saxta sənədlərdən istifadə etməklə məhkəmə qətnaməsi əsasında xeyrinə aliment tutulmasına nail olmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            168 07.08.24 17:58