"WhatsApp"da internet olmadan işləyən yeni funksiya var - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur  |     22:47 Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi  |     22:41 Ərdoğan Mirzoyanı qəbul edəcək  |     22:27 Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto  |     22:18 Qəbələdə 3 nəfər güllələnib, onlardan ikisi ölüb  |     22:09 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:56 İsrail XİN başçısı HƏMAS lideri Sinvarın öldürüldüyünü təsdiqləyib  |     21:47 Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər  |     21:39 Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib  |     21:30 Sabahın havası ilə bağlı daha birXƏBƏRDARLIQ  |     21:19 Aİ-dən Ukrayna ilə bağlı çağırış  |     21:15 Baş Prokurorluq Vyanada COP-la bağlı tədbir keçirdi  |     21:07 DİQQƏT: Vəzifədə çalışmaq istəyənlərə ŞANS VERİLDİ  |     20:52 Baş Prokurorluq: 2020-ci il oktyabrında ermənilər Gəncəni “Smerç” və “Elbrus” raketləri ilə vurub  |     20:45 Qocalmanın altında yatan yeni mexanizm kəşf edildi  |     20:40 Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı  |     20:30 Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu artırdı  |     20:19 Lütvəli Babayevin biznesmen oğlu Türkiyəyə QAÇIB: İki milyonluq yeyintidə HƏBSLƏR VAR  |     19:52 Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib  |     19:35 XİN: "Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub"  |    

"WhatsApp"da internet olmadan işləyən yeni funksiya var - FOTO

"iPhone" üçün "WhatsApp"ın beta versiyasında internetdən istifadə etmədən yaxınlıqdakı insanlarla fayl paylaşmağa imkan verən funksiya təqdim edilib.

Median.Az
"WABetaInfo"ya istinadən xəbər verir ki, yenilik "WhatsApp"ın "iOS" üçün "24.15.10.70" nömrəli beta versiyasında müşahidə edilib və onu "TestFlight"da yükləmək olar. Yaxınlıqda yerləşən qurğular arasında sənədləri, fotoları, videoları və digər faylları ötürməyə imkan verən oxşar funksiya əvvəllər mesencerin "Android" sınaq versiyasında müşahidə edilib. Bununla belə, yaxınlıqdakı cihazları aşkar etmək üçün avtomatik aşkarlama metodundan istifadə edən "Android" versiyasından fərqli olaraq, "iOS" versiyası faylları paylaşmaq üçün QR-kodu skanerdən keçirmək tələb olunur.

Yeniliyin internet bağlantısı qeyri-sabit və ya bahalı olan istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək foto və videolar kimi böyük faylların yüksək təsvir ölçüsündə ötürülməsi prosesini xeyli sadələşdirəcəyi ehtimal olunur.

Bu funksiya "Android" və "iOS"da mövcud olacaq və ötürülən məlumatları qorumaq üçün başdan-başa şifrələnəcək. Yenilik hələ ilkin mərhələdədir, ona görə də onun mesencerdə istifadəyə verilmə tarixi açıqlanmayıb.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            729 24.07.24 12:43