Mojo.az Banner
22:42 Azərbaycan Çinə fındıq və badam ixracını artıracaq  |     21:50 Azərbaycanda həkim vəfat etdi  |     21:06 Ruben Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib  |     20:41 Ağdamda insan qalıqları TAPILIB  |     19:55 Salyanda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən şagirdlər evə buraxılıblar - AÇIQLAMA  |     19:41 Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikinti işlərindən GÖRÜNTÜLƏR (Video)  |     18:59 Binəqədidə obyektdə partlayış olub  |     18:39 Merts Berlində Paşinyanla görüşəcək  |     18:11 Hazırda paytaxt yollarında vəziyyət necədir?  |     18:10 Daşkəsəndə dava: 14 yaşlı oğlan çoxsaylı xəsarətlər aldı  |     17:43 Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib  |     17:27 DTX-nin həbs etdiyi kibercinayətkar şəbəkə üzvlərinə hökm oxunub  |     17:08 Şirkət rəhbəri borca görə məhkəməyə verildi - Qərar verildi  |     17:00 Bakıda restoranın havalandırma borusu ALIŞDI (Video)  |     16:41 Eskalatorun qırılmasında xəsarət alanların vəziyyəti açıqlandı  |     16:36 Azərbaycanda 18 həkim işləyə bilmək üçün rüşvət verib - SİYAHI VƏ MƏBLƏĞLƏR  |     16:26 Yeni milli park yaradılır - Kəlbəcər, Laçın, Ağdərə, Xocalını əhatə edəcək  |     16:19 "Ağdaş Bazar" ASC-yə məxsus bazarda nöqsanlar aşkarlanıb  |     16:14 Əli Kərimli barədə QƏRAR VERİLDİ  |     16:05 Gənclər Mərkəzinin rəhbərinə "stop" qoyuldu  |    
Left Banner
Right Banner

"Range Rover" əvvəl ağaca, sonra mağazaya çırpıldı: Xəsarət alanlar var - VİDEO

19.07.2024 12:22 1 236
Bu gecə Abşeron rayonu Novxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, "Range Rover" markalı avtomobilin əvvəlcə irigövdəli ağaca, sonra isə marketə çırpıldığı bildirilir.

Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq.

İdarənin İctimai qurumlarla əlaqə şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev oxu.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

"Ötən gün saat 3 radələrində Novxanı qəsəbəsi ərazisində paytaxt sakini 37 yaşlı Nuru Məmmədov idarə etdiyi "Range Rover" markalı avtomobili yolun kənarında yerləşən ticarət obyektinə vurub.

Qəza nəticəsində sürücü, eləcə də avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri - 24 yaşlı Ümid Manafov və 25 yaşlı Seymur İsayev xəsarət alıb. Onlar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Əraziyə yol-patrul xidmətinin əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunur.
скачать dle 11.3