Azərbaycanın ən böyük tikinti şirkətlərindən biri qanunsuz işçi çalışdırmaqda ittiham edilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:50 COP29 dönəmində bəzi şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər  |     14:44 "Crocus" terroru ilə bağlı yeni təfərrüat: Məhv edilmiş telefonlar istintaqa kömək etdi  |     14:39 8 min metrlik zirvəni 50 dəfə fəth etdi: Yeni dünya rekordu  |     14:31 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib  |     14:28 Fransada Rusiya ilə silahlanma yarışına hazırlaşırlar  |     14:23 "Azərişığ"ın vəzifəli şəxsi Cəbrayılda avtomobil qəzasında həyatını itirdi  |     14:12 Bəzi ölkələrdən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub  |     14:05 Lənkəranda öldürülən gəncin FOTOLARI (YENİLƏNİB)  |     14:01 Bakıda bacısını boğaraq qətlə yetirən şəxs məhkəmə qarşısında  |     13:49 Şəkidə qəzada xəsarət alan qadın xəstəxanada ölüb  |     13:43 Türkiyə XİN Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibəti ilə təbrik edib  |     13:38 Evdə tək qalan psixoloji problemli şəxs faciəli şəkildə öldü  |     13:31 Azərbaycanda tələbə qəfil vəfat edib - FOTO  |     13:26 Laçında yabanı halda bitən bir tondan artıq çətənə kolu məhv edildi  |     13:18 COP29 müddətində hər hansı məhdudiyyət, qadağa və SMS icazə olmayacaq - RƏSMİ  |     13:10 Ruben Vardanyan barədə qərar verildi - VİDEO  |     13:05 Bakıda sabah gecə bağlı olacaq yolların SİYAHISI  |     13:03 Gəncə şəhərində "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib  |     13:02 Bərdədə narkotik vasitədən istifadə etməkdə şübhəli bilinən sürücü saxlanılıb  |     13:02 Yəhya Sinvarı əvəz edəcək şəxsin adı açıqlanıb  |    

Azərbaycanın ən böyük tikinti şirkətlərindən biri qanunsuz işçi çalışdırmaqda ittiham edilir

Azərbaycanın inşaat sektorunda fəaliyyət göstərən və ən iri şirkətlərdən biri hesab olunan "Azinvest İnşaat" Qapalı Səhmdar Cəmiyyəti (QSC) qeyri-qanuni işçi çalışdırmaqda ittiham edilir.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib.

İşə Səbail Rayon Məhkəməsində baxılacaq. Ülviyyə Şükürova iş üzrə hakim təyin edilib.

192.1-ci maddədə qeyd edilir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimələnir.

"Azinvest İnşaat" QSC 23 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manat olan şirkətin qanuni təmsilçisi Seyidməmmədov Anar Tofiq oğludur.

Mediada gedən məlumatlara görə, şirkətin sahibi Azərbaycanın gənclər və idman naziri olmuş mərhum Azad Rəhimovun bacısı oğlu Teymur Teymurovdur.

Azad Rəhimov 2006-2021-ci illərdə Azərbaycanın gənclər və idman naziri olub. O, 30 aprel 2021-ci ildə nazir vəzifəsində olarkən dünyasını dəyişib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            408 09.07.24 20:30