İynədən ölən qadınla bağlı RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:39 8 min metrlik zirvəni 50 dəfə fəth etdi: Yeni dünya rekordu  |     14:31 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib  |     14:28 Fransada Rusiya ilə silahlanma yarışına hazırlaşırlar  |     14:23 "Azərişığ"ın vəzifəli şəxsi Cəbrayılda avtomobil qəzasında həyatını itirdi  |     14:12 Bəzi ölkələrdən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub  |     14:05 Lənkəranda öldürülən gəncin FOTOLARI (YENİLƏNİB)  |     14:01 Bakıda bacısını boğaraq qətlə yetirən şəxs məhkəmə qarşısında  |     13:49 Şəkidə qəzada xəsarət alan qadın xəstəxanada ölüb  |     13:43 Türkiyə XİN Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibəti ilə təbrik edib  |     13:38 Evdə tək qalan psixoloji problemli şəxs faciəli şəkildə öldü  |     13:31 Azərbaycanda tələbə qəfil vəfat edib - FOTO  |     13:26 Laçında yabanı halda bitən bir tondan artıq çətənə kolu məhv edildi  |     13:18 COP29 müddətində hər hansı məhdudiyyət, qadağa və SMS icazə olmayacaq - RƏSMİ  |     13:10 Ruben Vardanyan barədə qərar verildi - VİDEO  |     13:05 Bakıda sabah gecə bağlı olacaq yolların SİYAHISI  |     13:03 Gəncə şəhərində "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib  |     13:02 Bərdədə narkotik vasitədən istifadə etməkdə şübhəli bilinən sürücü saxlanılıb  |     13:02 Yəhya Sinvarı əvəz edəcək şəxsin adı açıqlanıb  |     12:59 106 yaşlı qadın uzunömürlülük sirrini açıqladı  |     12:57 Yerə düşən meteorların mənşəyi müəyyən edilib  |    

İynədən ölən qadınla bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Hacıqabul rayon sakini, 55 yaşlı İlhamə Rəhimova inyeksiyadan şoka düşərək vəfat edib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ötən gün saat 21:00 radələrində 1969-cu il təvəllüdlü şəxs Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib.

"Xəstə daxil olarkən, digər həkimin yazdığı reseptə uyğun venadaxili inyeksiyanın tətbiq olunmasını xahiş edib. Növbətçi həkim reseptlə tanış olduqdan sonra tibb bacısı tərəfindən sınaq üçün inyeksiya olunub. Xəstədə anafilaktik şok halı baş verib.

Dərhal konsilium üçün həkim-anestezioloq-reanimatoloq çağırılıb. Tibbi protokola uyğun olaraq, şok əleyhinə zəruri yardımlar edilib.

Xəstənin halı anidən pisləşdiyi üçün intubasiya etmək mümkün olmayıb. Bundan əlavə, xəstəyə 35 dəqiqə müddətində ürəyin qapalı masajı, oksigen terapiya və digər zəruri yardımlar edilib. Aparılan tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, xəstədə saat 21:57-də ölüm halı qeydə alınıb".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            264 09.07.24 13:30