Sərxoş kişi televizora yüksək səs vermək üstündə arvadını döydü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur  |     22:47 Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi  |     22:41 Ərdoğan Mirzoyanı qəbul edəcək  |     22:27 Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto  |     22:18 Qəbələdə 3 nəfər güllələnib, onlardan ikisi ölüb  |     22:09 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:56 İsrail XİN başçısı HƏMAS lideri Sinvarın öldürüldüyünü təsdiqləyib  |     21:47 Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər  |     21:39 Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib  |     21:30 Sabahın havası ilə bağlı daha birXƏBƏRDARLIQ  |     21:19 Aİ-dən Ukrayna ilə bağlı çağırış  |     21:15 Baş Prokurorluq Vyanada COP-la bağlı tədbir keçirdi  |     21:07 DİQQƏT: Vəzifədə çalışmaq istəyənlərə ŞANS VERİLDİ  |     20:52 Baş Prokurorluq: 2020-ci il oktyabrında ermənilər Gəncəni “Smerç” və “Elbrus” raketləri ilə vurub  |     20:45 Qocalmanın altında yatan yeni mexanizm kəşf edildi  |     20:40 Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı  |     20:30 Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu artırdı  |     20:19 Lütvəli Babayevin biznesmen oğlu Türkiyəyə QAÇIB: İki milyonluq yeyintidə HƏBSLƏR VAR  |     19:52 Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib  |     19:35 XİN: "Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub"  |    

Sərxoş kişi televizora yüksək səs vermək üstündə arvadını döydü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Vəli Hacıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Vəli Hacıyev cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

İttihama görə, hadisə 8 iyul 2023-cü il tarixdə, gecə saat 1 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb. Belə ki, Vəli Hacıyev yaşadığı evdə arvadı, zərərçəkmiş Zəminə Hacıyeva (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə kişinin mütəmadi olaraq spirtli içkilər içməsi və televizora yüksək səs verməsi olub. Qadın da bunlara görə ərinə iradlar bildirib. Nəticədə Vəli Zəminənin üzərinə hücum edib onun sifət, baş, bədəninin müxtəlif nahiyələrinə şillə və yumruqla qəsdən ardıcıl zərbələr vuraraq qadına xəsarətlər yetirib. Hadisədən sonra Zəminə Hacıyeva Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzinə zəng edərək ərindən şikayətçi olub və Vəli Hacıyev cinayət məsuliyyətinə cəlb edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            381 08.07.24 12:09