Mojo.az Banner
23:02 Otellərdəki Wi-Fi-dan heç vaxt istifadə etməyin: mütəxəssislər səbəbini izah edir  |     22:58 Uşaqlar üçün olan bu məhsul bahalaşdı  |     22:50 Bu halda sürücüləri 40 manat cərimə gözləyir - Video  |     22:45 "ChatGPT"də reklamlar necə yayımlanacaq?  |     22:41 Azərbaycanın təhvil verdiyi erməninin pasportu yox imiş  |     22:33 2 179 abonentin qazı kəsiləcək  |     22:27 Paşinyan 28 il əvvəl 20 Yanvar haqqında bunları demişdi - VİDEO  |     22:21 Qızılın qiyməti tarixi maksimumu yenilədi  |     22:00 Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Fotolar  |     21:27 Qərib Mehdi vəfat edib  |     21:21 Mətanət Eminova vəfat etdi  |     21:14 Azərbaycanda şəlalə dondu - FOTOLAR  |     21:07 Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq  |     20:59 Cəlilabadın bir sıra ərazilərində elektrik enerjisinin verilişi təmin olunub  |     20:41 "Euronews": Sovet qətliamının xatirəsi Azərbaycanın müstəqillik arzularında əsas amilə çevrilib  |     20:16 Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq  |     19:30 Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi  |     19:24 Yanvarın 21-22-si ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ  |     19:18 Ən intellektual 3 BÜRC  |     18:54 Rusiyada miqrantlara bank hesabı açmaqla bağlı qadağalar qoyula bilər  |    
Left Banner
Right Banner

Tanınmış idmançıların ilkin istintaqı bitdi

25.05.2024 16:03 1 272
Tanınmış idmançıların ilkin istintaqı bitdi
MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayev, Mehman Məmmədovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq təqsirləndirilən şəxslərin vəkilləri istintaq materialları ilə tanış olublar. Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndəriləcək.

Bu gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həbsdə olan idmançılar barəsində seçilmiş qətimkan tədbiri müddətinin dəyişdirilmədən 20 gün (məhkəmənin hazırlıq iclasına kimi) uzadılması ilə bağlı təqdimat verib.

Təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində baş vermişdi. İttihama görə, təqsirləndirilən idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb.

Ruslan Əfəndiyev və onun tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbsdədir. T.Musayev və M.Məmmədov barəsində isə istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.скачать dle 11.3