"Dönəri bir saat ərzində yemək lazımdır" - AQTA-dan XƏBƏRDARLIQ (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 DİN: Sumqayıtda yanğınla bağlı ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb  |     22:46 Bakıda 74 yaşlı kişi sevgilisini süpürgə ilə DÖYDÜ  |     22:35 Təbii fəlakətlər və sərnişinlərin etimadı: Uçurumun kənarında  |     22:22 İyunun sonu bu bürclərə böyük sevgi bəxş edəcək  |     22:00 Qubada avtoxuliqanlıq edən sürücü həbs edilib  |     21:55 Ürək sağlamlığı üçün bu əlavələrə diqqət edin: Kardioloqlar hansını tövsiyə edir?  |     21:49 "Android" telefonunuzdakı nasazlıqdan sizə XƏBƏR GÖNDƏRƏCƏK  |     21:42 Ətsiz və dadlı kotlet necə bişirmək olar?  |     21:40 Qatil asteroid Yerə doğru uçur - Bəşəriyyət üçün təhlükəlidirmi?  |     21:33 “Xəstələrdən əlavə ödəniş tələbi cinayət tərkibi daşıyır”  |     21:27 Şəxsi təyyarəsi ilə keçmiş xanımının toyuna getdi  |     21:19 Kürdəmir və Lənkəranda qaz olmayacaq  |     21:14 "Sahil" metrostansiyasının qarşısındakı səkilər genişləndirilib  |     21:07 Merilin Monronun evi söküntüdən qorumaq üçün mədəniyyət abidəsi kimi tanındı  |     21:02 Naxçıvanın 5 min illik tarixinin daha bir nümunəsi aşkarlandı (VİDEO)  |     20:56 "Rusiya ordusu Ermənistanı tədricən tərk edir"  |     20:49 Şadlıq saraylarına toy sifarişləri artdı - Qiymətlər bahalaşdı  |     20:41 Şimali Koreya Ukraynanın işğal olunmuş ərazilərinə mühəndis qoşunları göndərəcək  |     20:38 Bakı 5 ay ərzində İrəvana niyə 49 min avro ödəyib?  |     20:28 Azərbaycanda bu şirkət müflis oldu  |    

"Dönəri bir saat ərzində yemək lazımdır" - AQTA-dan XƏBƏRDARLIQ (VİDEO)

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dönərxanalarda hazırlanan məhsulun istehlakı zamanı diqqət edilməli tələblərlə bağlı maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxda qeyd olunur ki, hər bir istehlakçı dönərxanalarda ümumi, lakin hər kəsin bilməsi vacib olan məqamlara diqqət etməklə ilkin qiymətləndirmə apara bilər. Buraya ilk növbədə dönər satılan obyektdə sanitar-gigiyenik qaydalar, eləcə də dönər hazırlayan şəxslərin gigiyena qaydalarına əməl etməsi aiddir.

Diqqət edilməsi vacib olan digər məqam isə dönər hazırlamaq üçün istifadə olunan inqrediyentlərin saxlanma şəraiti, xüsusilə temperatur şəraiti və mal qonşuluğu prinsipinin qorunması ilə bağlıdır. Belə ki, çiy ətlə bişmiş ət, həmçinin digər qida məhsullarının yanaşı saxlanılması yolverilməzdir. Çarpaz çirklənmənin qarşısını almaq üçün çiy və bişmiş məhsullar üçün olan avadanlıqlar da (kəsici alətlər - bıçaq, istifadə olunan qablar) ayrılmalıdır. Ət və ya quş əti baytarlıq nəzarətindən keçmiş olmalıdır.

Dönər hazırlamaq üçün istifadə olunacaq çiy ət, eləcə də mayonez və ketçup mütləq tələb edilən temperatur şəraitində saxlanılmalıdır. Həmçinin, ətin, əsas inqrediyentlərdən olan dönər çörəyi və ya lavaşının təzə olub-olmaması, mayonez və ketçupun yararlılıq müddətlərinə də diqqət edilməlidir. İstifadə olunan tərəvəzlərin (pomidor, xiyar, göyərtilər) təmiz yuyulması da vacib şərtdir. Hazırlanmış dönər iki saat ərzində istehlak edilməlidir. İsti aylarda isə bu müddət bir saata kimi qısalır.

Agentlik vətəndaşları ictimai nəzarəti gücləndirməyə və istehlakçını hər hansı uyğunsuzluq və ya xoşagəlməz hallar olduqda "1003 - Çağrı Mərkəzi"nə bu barədə məlumat verməyə və dövlətə bu sahədə dəstək göstərməyə dəvət edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            264 22.05.24 12:57