Dövlət Komissiyası: “Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:51 "Android" telefonları üçün yenilik: Oğurlananda özünü kilidləyə biləcək  |     15:50 “WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika  |     15:48 Azərbaycanda hüquq məsləhətçisi vəfat edib - FOTO  |     15:47 BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib  |     15:44 Təcili yardım maşını gec gəldi: İki komanda cərimələndi  |     14:20 Azərbaycan-Belarus sənədləri imzalanıb  |     14:11 Təxirə salınan Moskva konserti bu gün baş tutacaq  |     14:10 Avstraliyanın bu şəhərində niqab taxmaq qadağan edildi  |     14:10 Yeni planet kəşf olundu  |     14:07 Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEO  |     14:06 Qubadlıya ilk köçün vaxtı açıqlandı - RƏSMİ  |     14:05 10 mindən çox nikah, beş mindən çox boşanma qeydə alınıb  |     14:05 Azərbaycan əhalisinin sayı açıqlanıb  |     14:04 Bakıya yağış, rayonlara isə qar yağacaq - PROQNOZ  |     14:03 Azərbaycan XİN-dən fransalı nazirə SƏRT CAVAB  |     13:54 Sifarişlə adam oğurluğunda günahlandırılan dünya və Avropa çempionları ilə bağlı QƏRAR  |     13:53 Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı  |     13:09 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib  |     12:41 Estoniyanın keçmiş XİN və DİN rəhbərləri Rusiyada axtarışa veriliblər  |     12:40 Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb  |    

Dövlət Komissiyası: “Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq”

“Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Filmdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya deyib.

O bildirib ki, onun necə əsir götürüldüyü, hansı işgəncələrə məruz qaldığı və sonrakı taleyi filmdə əks olunub:

“Həmin filmdə danışan erməni hərbçi onun ağır işgəncələrlə qətlə yetirildiyini etiraf edir.

Natiq Qasımov həmin dövrdə səhra komandiri olmuş, sonradan isə Ermənistan ordusunun generalı rütbəsinə “yüksəlmiş” Vitali Balasanyanın əmri ilə qətlə yetirilib. Baxmayaraq ki, filmdə o bunu danmağa uğursuz cəhd edir. Amma Natiq Qasımovun əsir götürülməsi əməliyyatının və dindirilməsinin Vitali Balasanyanın rəhbərliyi ilə həyata keçirildiyi tam təsdiq olunur.

Beləliklə, Vitali Balasnyan Natiq Qasımovun dindirilməsi prosesində şəxsən iştirak edib və onun qətlə yetirilməsi əmrini də şəxsən özü verib. Bu proseslər indiki Xocalı rayonu ərazisində baş verdiyi üçün onun meyitinin də həmin ərazidə olması ehtimal olunur. Amma nəzərə alsaq ki, o, hansı işgəncələrə məruz qalıb, ona qarşı hansı vəhşilik aktları həyata keçirilib, qalıqlarının tapılması asan olmayacaq. Biz bu reallığı nəzərə almalıyıq. Bütün bunlara baxmayaraq, Dövlət Komissiyası Natiq Qasımovun və bütün digər itkinlərin axtarılmasını, sonrakı taleyinin müəyyən olunması prosesini sona kimi həyata keçirəcək. Bu, Prezident İlham Əliyevin Dövlət Komissiyası qarşısında qoyduğu vacib vəzifədir. Prezident tərəfindən tapşırıq belədir ki, sonuncu itkinin taleyi müəyyənləşənə qədər Dövlət Komissiyası fəaliyyət göstərəcək. Bizim hədəfimiz itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin müəyyən olunmasıdır, bu istiqamətdə də işimizi davam etdirəcəyik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            234 29.04.24 12:19