İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:49 Gündə bir ədəd banan yemək sağlamlığınıza necə təsir edir?  |     21:37 Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib  |     21:30 Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     21:23 Deputat köməkçisi işləmək üçün müsabiqə lazımdır? (AÇIQLAMA)  |     21:16 "Marketlərin fəaliyyətində ciddi problem var" - Çıxış yolu nədir?  |     21:11 Murad Dadaşov həyat yoldaşı ilə - FOTO  |     20:59 Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit tələb olunur?  |     20:54 Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü - FOTO  |     20:46 Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü  |     20:40 Uşaqlar liftdə köməksiz qaldı - VİDEO  |     20:33 Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video  |     20:29 Dünyanın ən varlı ikinci adamı oldu  |     20:21 “Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - (FOTO)  |     20:15 Türkiyədə 100- ə yaxın qanunsuz miqrant saxlanılıb  |     20:06 Azərbaycanın avtomobil bazarında mövcud vəziyyət - Qiymət artımları və yeni trendlər  |     20:00 İranda terror aktının qarşısı alınıb  |     19:51 BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib  |     19:44 Torpaqların minalanması, partlaması dəhşətli ətraf mühit deqradasiyası yaradır - RƏY  |     19:39 Azərbaycanlı deputatlar Qazaxıstanda referendumu müşahidə edəcəklər  |     19:33 Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb  |    

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyev barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

“Qaynarinfo”nun məlumatına görə, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə Zaur Mirzəyevin şikayətini geri götürdüyü elan edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev 3 il 6 ay azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddianın 4 min manatı təmin edilib. Hökmdən həm polkovnik, həm də zərərçəkmiş qadın apellyasiya şikayəti verib.

Qadın qaldırdığı 192 min manatlıq mülki iddianın az hissəsinin təmin edilməsindən və təqsirləndirilən şəxsə təyin olunmuş cəzadan razı deyil. O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını, mülki iddiada tələb etdiyi məbləğin tam ödənilməsini istəyir. Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib.

Zaur Mirzəyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub.

İttihama görə, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            465 15.05.24 16:00