FHN Ağdamda orta məktəbdə mülki müdafiə məşqi keçirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:44 "X" üçün yeni qərar: Bu paylaşımlara müdaxilə ediləcək  |     15:31 Türkiyə nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     15:13 Ceyhun Bayramov Pakistan Senatının sədri ilə COP29-a hazırlığı müzakirə edib  |     14:53 İrəvandan Geğarkunikdəki mövqelərin Azərbaycana təhvil verilməsi ilə bağlı məlumata REAKSİYA  |     14:38 "Meta"dan İsraillə bağlı qərar: Yüzlərlə hesab bağlandı  |     14:21 Bu ərazilər də Azərbaycana təhvil verilir  |     13:57 Qanunsuz hərbi forma geyinənləri hansı cəza gözləyir?  |     13:56 Artezian quyularının naqillərini oğurlayan şəxslər saxlanıldılar - VİDEO  |     13:22 Naxçıvanda 17 yaşlı qızı öldürən şəxsə hökm oxundu  |     12:56 Milli Xalça Muzeyinə direktor təyin olundu - FOTO  |     12:45 Azərbaycanda müəllim vəfat etdi - FOTO  |     12:33 XİN başçısı: "Ermənistanla delimitasiya razılaşması normallaşma prosesinə müsbət təsir göstərib"  |     12:32 BMT baş katibinin köməkçisi: "Bugünkü konfrans və COP29 bir-biri ilə sıx bağlıdır"  |     12:31 Zəngilan rayonunda bazar tikiləcək  |     12:30 Şimalı Koreyadan qonşularına qarşı "çirkli şarlar"dan sonra növbəti təxribat  |     12:29 İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib - Yenilənib  |     12:23 Bakıda kişi sevgilisi tərəfindən öldürülüb? - Yenilənib  |     12:21 Əli İnsanov məhkəməyə müraciət edib  |     12:17 Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı mərkəzi prospektlərdən biri bağlanır  |     12:16 Xaçmazda bir aydan çoxdur 4 azyaşlı övladı ilə birgə itkin düşən qadın tapılıb  |    

FHN Ağdamda orta məktəbdə mülki müdafiə məşqi keçirdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi Ağdam rayon Bənövşələr kənd tam orta məktəbində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə məşqi keçirib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məşqin keçirilməsində məqsəd mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub.

"Məşqin nəzəri hissəsi çərçivəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fovqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib. Tədbirin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub. Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib", - məlumatda qeyd olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            225 20.04.24 21:07