Mojo.az Banner
13:37 Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib  |     13:33 Ağcabədidə yeddi yaşlı oğlan bıçaqlandı: Saxlanılan var  |     13:11 Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edildi  |     12:55 Sabah Bakıda yağış yağacaq  |     12:45 Azərbaycanda baş memar işdən çıxarıldı  |     12:38 Arayik Arutyunyan və digərlərinə hökm oxunur  |     12:11 Xalq artisti müalicə xərclərini dövlət ödəyir  |     12:08 Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı (FOTO)  |     12:00 ABŞ-nin nümayəndə heyəti TRIPP layihəsinin icrası üçün Ermənistana gəlib  |     11:49 Dövlət Gömrük Komitəsinin Akademiyasının nizamnaməsi dəyişdirilir  |     11:42 Yer kürəsində planetar maqnit qasırğaları başlayıb  |     11:33 Ucarda arvadını öldürən şəxslə bağlı qərar ləğv edildi  |     11:17 Bakıda güclü külək hasarı aşırdı, dağıntılar altında qalan kişi öldü  |     23:00 “Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır  |     22:50 ABŞ və İran arasında planlaşdırılan danışıqlar LƏĞV EDİLDİ  |     22:45 Çin avtomobillərini oğurluqdan qorumağın YOLLARI  |     22:38 Pambıq ixracı azalıb  |     22:32 Bakıda "BakuBus" minik avtomobili ilə toqquşdu: Sərnişinlərin düşürülüb yönləndirildiyi avtobus da qəzaya düşdü  |     22:27 Pakistanın baş naziri: "İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır"  |     22:19 Tokayev: "Azərbaycanın və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir"  |    
Left Banner
Right Banner

Abel Məhərrəmov məhkəməyə verildi

19.04.2024 16:17 1 002
Abel Məhərrəmov məhkəməyə verildi
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib.

“Qaynarinfo” xəbər verir ki, iddiaçı Nazim Fərrux oğlu Əmirovdur.

Onun iddia tələbi torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Nazim Əmirov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. İş hakim Fuad Məmmədovun icraatındadır. Mayın 7-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.

Nazim Əmirov Abel Məhərrəmovla yanaşı, onun xanımı Rəhimə Mahmudovanı, İlqar Nizami oğlu Tağıyevi və Nizami Haqverdi oğlu Tağıyevi də məhkəməyə verib.

İddialara görə, məsələnin kökündə Abel Məhərrəmovun Xaçmaz rayonunun Seyidlikəndyeri kəndindəki hoteli ilə bağlıdır. Bu hotelin tikintisinə 2008-ci ildə icazə verilib.

Rəsmi sənədlərdə tikintinin sifarişçisi kimi Rəhimə Mahmudovanın adı qeyd edilib. Layihəni icra edən isə “Grandproje” şirkəti olub.

Seyidlikəndyeri Nabran qəsəbəsinin yaxınlığında yerləşir və Nabran bələdiyyəsinin ərazisi hesab edilir. Bir neçə il əvvəl mediada yayılan məlumatlarda bildirilirdi ki, Nabranda fəaliyyət göstərən “El Faro hotel Nabran” Abel Məhərrəmova məxsusdur. 200 hektar ərazidə yerləşən obyektin 61 milyon manat dəyərində olduğu iddia edilir.

Baş verənlərlə bağlı Abel Məhərrəmovun mövqeyini öyrənmək mümkün olmayıb.скачать dle 11.3