Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:44 Ekologiyanı çirkləndirən restoranların sahibləri cəzalandırıldılar  |     12:35 Bakıda 9 maşının əzildiyi qəzanın başvermə anı kameraya düşdü - VİDEO  |     12:33 Müharibə əsirlərinin Bakıdakı məzarlığı: Buranı tez-tez ziyarət edənlər kimlərdir? - VİDEO  |     12:27 1 may Türkiyədə ictimai nəqliyyat pulsuz olacaq  |     12:27 Bu həftə 6 gün işləyəcəyik?  |     12:21 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:19 Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR  |     12:17 Saqqalı var, sözü keçmir  |     12:14 Azərbaycan nefti ucuzlaşıb  |     12:10 Avropa İttifaqı “TikTok”u bloklamağa hazırlaşır  |     12:08 Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar  |     12:03 Bakıda 41 yaşlı qadın qəzada xəsarət alıb  |     11:43 Xərçəng və artrit arasında əlaqə aşkarlanıb  |     11:41 Dələduzlar yeni yola əl atdılar: “Cərimən varsa, 20 faiz endirimlə ödə” - VİDEO  |     11:35 Azərbaycan kürüsü 2000 dollara satılır - VİDEO  |     11:34 Yataqxanalardakı mənzillərin satılması qanunidirmi? - ARAŞDIRMA (VİDEO)  |     11:33 Ermənilər illərin türbəsini özününküləşdirmək istədilər: Abidəmizin acınacaqlı GÖRÜNTÜSÜ - VİDEO  |     11:32 Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb  |     11:28 ADNA-da terror aktı törədilməsindən 15 il ötür  |     11:17 Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb  |    

Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Lent.az-ın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi üzrə məsul Vüsal Cahangiri məlumat verib.

Şöbə müdiri deyib ki, keçən il Həcc mövsümündən sonra, yəni iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox ölkələrə, o cümlədən Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaradıb:

“Elektron viza birillik və çoxgirişli verilir. Bəzi işbaz şirkətlər və yaxud fərdlər isə vətəndaşların başını aldadaraq elektron viza ilə Həcc ziyarətinə, daha ucuz qiymətə aparacaqlarını bildiriblər. Bizdə olan məlumata görə, hazırda təxminən 500-ə yaxın vətəndaş bu işbazların qurbanıdır. Keçən il də belə işbazların çoxlu qurbanı olub, onlardan pul yığıblar, lakin apara bilməyiblər, xeyli vətəndaşın pulları batıb. Bununla bağlı bizdə dəqiq məlumatlar var, həmin şəxslərin əlaltıları bu il eyni vizalarla vətəndaşları aldadıblar.

Həcc ziyarəti üçün xüsusi viza alınır. Krallıqda Həcc ziyarətinə getmək üçün xüsusi sahələr və ərazilər var - Ərəfat, Mina, Müzdəlifə. Bu yerlərə yalnız Həcc vizası ilə daxil olmaq mümkündür.

Vətəndaşlardan xahiş edirik ki, bu cür təşviqedici təkliflərə aldanmasınlar. Səudiyyə Ərəbistanı Krallığının müvafiq nazirlikləri bundan tam xəbərdardırlar və bu barədə tədbir görməyə hazırlaşırlar. Elektron vizalarla Həcc ziyarətinə getmək istəyənləri deportasiya və cərimələr gözləyir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            132 16.04.24 15:21