Bayram günlərində 32 avtoqəza olub, doqquz nəfər ölüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:24 Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat  |     15:04 Mayın 5-də növbəti imtahanlar keçiriləcək  |     15:03 Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO  |     15:01 Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA  |     14:54 Azərbaycan beynəlxalq reqatada ilk medalını qazanıb  |     14:50 İcra başçısının qardaşı oğlu: “Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”  |     13:18 Kərim Benzema “Real Madrid”ə qayıdıb  |     13:10 Füzuli sakinlərinə ŞAD XƏBƏR  |     12:50 Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? (VİDEO)  |     12:46 Küləkli hava nə vaxtadək davam edəcək?  |     12:44 "İphone 16"nın görüntüləri sızdırıldı - Apple-dən təəccüblü dəyişiklik  |     12:42 “Alatava” ilə bağlı QƏRAR VERİLDİ  |     12:33 Azərbaycanda qazi həmyaşıdını bıçaqladı  |     12:18 Nazirdən daha bir əmr: İdarə rəisi vəzifəsindən azad edildi - YENİLƏNİB  |     12:16 Səbaildə su xəttində qəza: Məhdudiyyət yarandı - AÇIQLAMA (YENİLƏNİB)  |     12:14 Dünya bazarında neft qiymətləri artıb  |     12:13 Bakıda 65 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb  |     12:12 Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır - VİDEO  |     12:11 Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb  |     12:11 UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür  |    

Bayram günlərində 32 avtoqəza olub, doqquz nəfər ölüb

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində respublika yollarında ötən illərlə müqayisədə ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, Ramazan bayramı ilə əlaqədar aprel ayının 10-dan 15-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 32 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə doqquz nəfər həyatını itirib, 39 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd olunub ki, builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 22 faiz, ölüm faktı 35 faiz, xəsarətlərin sayı isə 40 faiz azalıb:

“Qeyri-iş günlərində BDYPİ-nin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və yollarda gündəlik nəzarət tədbirləri həyata keçirib.

Respublika yollarında baş verə biləcək ağır nəticəli qəzaların qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər bundan sonra da fasiləsiz olaraq davam etdiriləcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            108 16.04.24 11:45