Orduda xidmət edib peşə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:11 Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb  |     13:09 Avro 2 manatı keçdi - 4 ildən sonra  |     13:08 Culfa rayonunun bir kəndində qaz kəsiləcək  |     13:08 Lionel Messi "İnter Mayami"dən ayrılmaq istəyir  |     13:07 Qəbələdə dağlıq ərazidə hündürlükdən yıxılan şəxs xilas edildi - VİDEO  |     13:06 SAXAL: "İranın ballistik raketlərinin 86 faizi ələ keçirilib"  |     13:04 Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     12:59 Bakıda tarixi binanın dam örtüyü uçdu - VİDEO  |     12:52 Lukaşenko Belarus xalqını hökumətə dua etməyə çağırıb  |     12:46 Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını açıqlayıb  |     12:14 Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəmə prosesi başlayıb  |     12:06 Finaldan sonra birjada çöküş: İnvestorlar məşhur serialla bağlı şirkətləri tərk edirlər  |     11:54 "Qarabağ" "Zalsburq"la oynayacaq  |     11:46 DTX dövlətə xəyanətdə şübhəli bilinən şəxsi həbs etdi  |     11:42 OMON-çular tərəfindən Rusiyada öldürülən Səfərov qardaşları dəfn edildilər  |     11:29 İran prezidenti Xankəndiyə səfər edəcək  |     11:22 Bakıda qayınata kürəkənini lomla döydü  |     23:01 Bakıda məşhur ət bazarı bağlanır  |     22:56 Tətil sonrası işə qayıdış - Necə adaptasiya olaq?  |     22:49 ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb  |    

Orduda xidmət edib peşə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, 2024-2025-ci tədris ilinə Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu davam edir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  bildirilib ki, nazirliyin Milli Müdafiə Universiteti ölkəmizdə peşəkar hərbi mütəxəssislərin yetişdirilməsi və hərbi təhsil sisteminin orta ixtisas təhsil pilləsinin genişləndirilməsi məqsədilə hərbi kolleclər və müvafiq təhsil infrastrukturu təsis edib. Müzəffər orduda xidmət edib peşə sahibi olmaq və liderlik qabiliyyətini inkişaf etdirmək istəyən gənclər üçün uğurlu seçimdir.

Kollec peşəkar hərbçilərin təhsilini və hazırlığını təmin etmək üçün dərin və müasir təhsil proqramı təklif edir. Yeni təhsil ocağında hərbi mütəxəssislərə öz sahələrində praktiki məşğələlər təmin etmək məqsədilə ətraflı tədris imkanları da təqdim edilir. Tədris zamanı yeni nəsil silah və hərbi texnika modellərindən, trenajorlardan müasir standartlara cavab verən tədris komplekslərindən, laboratoriyalardan, təlim mərkəzlərindən maksimum bəhrələnməklə təlim-tədris proseslərinin səmərəli təşkil edilməsi nəticəsində qabaqcıl texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə edilməsi təmin edilir.

Təhsil müddəti boyunca Hərbi Kollecin kursantlarına aşağıdakı aylıq ödəmələr təmin edilir:

100 manat məbləğində təqaüd;

200 manat məbləğində ailə üzvlərinə maddi yardım;

150 manat məbləğində hesabda yığılan ödəniş.

Qəbul haqqında məlumat: Hərbi Kollec peşə sahibi olmaq istəyən bütün potensial gənclərə qapılarını açır. Qəbul qaydaları və tədris prosesi ilə bağlı ətraflı məlumat almaq üçün, mmu.edu.az veb-saytına daxil olun və ya 0811 qısa nömrəsinə zəng edin.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            636 13.04.24 21:25