Bakıda avtoşluq edən sürücünün saxlanılma anı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:09 Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO  |     16:06 “Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib  |     15:27 Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var  |     15:12 Azərbaycan iki nazirə yeni səlahiyyət verilib - SƏRƏNCAM  |     15:11 Azərbaycanda hakim intihar etdi  |     15:10 Ceyranbatan su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı  |     15:09 Üç dünya lideri Bakıya dəvət olunub  |     15:07 Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?  |     15:04 Azərbaycanda makler və övladları bıçaqlandılar  |     14:58 Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü  |     14:57 Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır  |     14:56 Azərbaycan neftinin qiyməti 90 dolları ötüb  |     14:54 Azərbaycan hərbçiləri İtaliyada - FOTO  |     14:51 Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü  |     14:48 Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB  |     14:46 Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb  |     14:45 Xankəndidə silah və sursatlar aşkarlanıb  |     14:30 Dünya bazarında neft qiymətləri artıb  |     14:12 Abşeronda avtomobil qəzası olub, xəsarət alan var  |     13:51 Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb  |    

Bakıda avtoşluq edən sürücünün saxlanılma anı - VİDEO

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yol polisi əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün "Toyota" markalı, 77 EC 134 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə "saxla" işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Zirəddin Firəddin oğlu Məhərrəmov saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Z.Məhərrəmovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Z.Məhərrəmovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            210 27.03.24 15:46