Bu il 27 uşaq övladlığa verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:09 Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO  |     16:06 “Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib  |     15:27 Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var  |     15:12 Azərbaycan iki nazirə yeni səlahiyyət verilib - SƏRƏNCAM  |     15:11 Azərbaycanda hakim intihar etdi  |     15:10 Ceyranbatan su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı  |     15:09 Üç dünya lideri Bakıya dəvət olunub  |     15:07 Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?  |     15:04 Azərbaycanda makler və övladları bıçaqlandılar  |     14:58 Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü  |     14:57 Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır  |     14:56 Azərbaycan neftinin qiyməti 90 dolları ötüb  |     14:54 Azərbaycan hərbçiləri İtaliyada - FOTO  |     14:51 Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü  |     14:48 Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB  |     14:46 Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb  |     14:45 Xankəndidə silah və sursatlar aşkarlanıb  |     14:30 Dünya bazarında neft qiymətləri artıb  |     14:12 Abşeronda avtomobil qəzası olub, xəsarət alan var  |     13:51 Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb  |    

Bu il 27 uşaq övladlığa verilib

2024-cü ilin yanvar-mart aylarında övladlığagötürmə ilə bağlı 62 müraciət daxil olub və 27 uşaq övladlığa verilib.

Sosial Xidmətlər Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, övladlığa götürülən uşaqlardan 10 nəfəri ögey ata (ana) tərəfindən, 9 nəfəri qohum tərəfindən övladlığa götürülüb.

Qeytkipinq prosesi çərçivəsində 182 uşaqla bağlı 142 müraciət daxil olub. Onlardan 58 uşaq ailədə saxlanılıb, 69 uşaq müəssisəyə yerləşdirilib. Digər uşaqlarla bağlı isə aidiyyəti üzrə qərar qəbul edilib və ya işlər davam etdirilir.

Ümumilikdə bu ilin ötən dövründə 31 uşaq ailə himayəsinə qaytarılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu il tarixdən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Nazirlik tərəfindən bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            276 27.03.24 14:57