Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Fransa Qarabağda yeni müharibəyə zəmin hazırlayır? - VİDEO

24.02.2024 22:49 2 082
Fransa Qarabağda yeni müharibəyə zəmin hazırlayır? - VİDEO
Ermənilərdən daha çox erməni kimi davranan Fransa Prezidenti Emmanuel Makron Ermənistana hərbi texnika göndərəcəyini bildirmişdi. Bu açıqlamadan sonra Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti silah tədarükü ilə bağlı danışıqlar aparmaq üçün tezliklə Ermənistana səfər edib.

"Haber Global" Fransadan Ermənistana silah tədarükünün Qara dəniz və ya İran vasitəsilə baş tutacağı ilə bağlı bilgilər əldə edib.

Telekanal bildirir ki, Fransa Ermənistanı silahlandırmaq üçün yenidən ortaya atılıb. Makronun bəyanatının ardınca fransalı nazir Lekornu erməni həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsi İrəvana müdafiə silahları göndərib: "Yaxın vaxtlarda "Bastion" zirehli texnikaları da tədarük ediləcək. Lazım olarsa, qısa, orta və uzaqmənzilli raketlər də verəcəyik". S.Papikyan isə bildirib ki, hərbi əməkdaşlıq uzunmüddətli xarakter daşıyır.

Bütün bunlar onu göstərir ki, Fransa Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyası reallıqla birmənalı şəkildə razılaşmır. Rəsmi Parisin əməkdaşlıq və iqtisadi layihələr əvəzinə, bölgəni silahlandırmaq istəməsi onun gələcək məkrli niyyətlərindən xəbər verir.

Ermənistana silah tədarükü isə tamamilə yeni bir şey deyi. Bundan əvvəl 2023-cü ilin Fransanın "Arquus" qrupunun istehsalı olan "Bastion" tipli 24 zirehli texnika Ermənistana göndərilib. Tədarük Gürcüstanın Poti limanı vasitəsilə çatdırılıb.

"Haber Global"ın əldə etdiyi məlumata görə, budəfəki silah göndərişinin Qara dəniz vasitəsilə baş tutması mümkün deyil. Çünki Türkiyə hər vəchlə buna mane olaraq bölgədə sülhə qarşı yaradılan maneələrin qarşısını kəsmək iqtidarındadır. Digər tədarük variantı kimi İran göstərilsə də, Tehranın da bu məkrli plana qarşı çıxacağı bildirilir. İranın kəşfiyyat qurumları Fransanın Ermənistanda hərbi bazalar qurması ilə bağlı məlumatlar əldə etdiyindən Tehran hakimiyyəti öz sərhədlərində NATO mövcudluğuna qarşı çıxacaq.

Telekanal Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il noyabrın 23-də "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətindən sitat gətirir:

"Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda - Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır".

Bu səbəbdən regionda istənilən silahlı insident və ya münaqişənin məsulliyətini birbaşa Fransa daşıyır.

Bununla yanaşı, "Haber Global" televiziya kanalında Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya səfəri təhlil edilib. Verilişin qonağı olan ekspertlər N.Paşinyanın Fransa prezidenti Emmanuel Makronla görüşünü, həmçinin Fransada səfərdə olan Ermənistanın Baş naziri N. Paşinyanın növbəti dəfə anti-Azərbaycan bəyanatlarına münasibət bildiriblər. Xüsusən Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın "France 24" telekanalına verdiyi müsahibədə Azərbaycana qarşı yenidən səsləndirdiyi əsassız iddialar və bunun sülh prosesinə növbəti zərbə kimi qiymətləndirilib.
//milli.az

Son xəbərlər