Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:11 Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb  |     13:09 Avro 2 manatı keçdi - 4 ildən sonra  |     13:08 Culfa rayonunun bir kəndində qaz kəsiləcək  |     13:08 Lionel Messi "İnter Mayami"dən ayrılmaq istəyir  |     13:07 Qəbələdə dağlıq ərazidə hündürlükdən yıxılan şəxs xilas edildi - VİDEO  |     13:06 SAXAL: "İranın ballistik raketlərinin 86 faizi ələ keçirilib"  |     13:04 Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     12:59 Bakıda tarixi binanın dam örtüyü uçdu - VİDEO  |     12:52 Lukaşenko Belarus xalqını hökumətə dua etməyə çağırıb  |     12:46 Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını açıqlayıb  |     12:14 Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəmə prosesi başlayıb  |     12:06 Finaldan sonra birjada çöküş: İnvestorlar məşhur serialla bağlı şirkətləri tərk edirlər  |     11:54 "Qarabağ" "Zalsburq"la oynayacaq  |     11:46 DTX dövlətə xəyanətdə şübhəli bilinən şəxsi həbs etdi  |     11:42 OMON-çular tərəfindən Rusiyada öldürülən Səfərov qardaşları dəfn edildilər  |     11:29 İran prezidenti Xankəndiyə səfər edəcək  |     11:22 Bakıda qayınata kürəkənini lomla döydü  |     23:01 Bakıda məşhur ət bazarı bağlanır  |     22:56 Tətil sonrası işə qayıdış - Necə adaptasiya olaq?  |     22:49 ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb  |    

Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Bildirilib ki, sənədlərin qəbulu bu gündən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsinin surəti, 3,5 sm x 4,5 sm ölçüdə iki ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları (9 945 manat) təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            957 12.02.24 11:42