Axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:43 Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?  |     21:43 Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?  |     21:35 Lənkəranda iş zamanı ehtiyatsızlıq edən ustalardan biri ölüb, digəri xəsarət alıb  |     21:27 Ağacları kəsməyə görə cəzalar sərtləşdirilir - 7 ilədək həbs  |     21:20 Bakıda fərdi yaşayış evində yanğın baş verib  |     21:11 Bu ərazilərdə olan evlərə sənəd verilməyəcək - Ekspert açıqladı  |     21:01 İstehlak kreditləri 8 milyarda çatıb: Böyük pullar Azərbaycandan necə çıxır?  |     20:56 Alimlər tullantı sularında plastiki məhv edən bakteriyalar tapdı - İnqilabi kəşf  |     20:47 Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı  |     20:42 Çay evini qumarxanaya çevirən sahibkar saxlanıldı - Məhkəmə qərarı  |     20:36 Xanım fermerin 240 kq noxudunu oğurlayan fəhləyə cəza verildi  |     20:31 Kürdəmirdə zibil dolu küçələr: Problem nə zaman həllini tapacaq? (AÇIQLAMA)  |     20:23 Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir  |     20:17 Şagirdlər arasında təhsildən yayınma halları niyə artıb?  |     20:10 Alimlər istənilən yadplanetli sivilizasiyaya son qoya biləcək amili açıqladı  |     20:02 Azyaşlılara əxlaqsızlıq edən azərbaycanlı saxlanıldı  |     19:58 40 yaşından sonra necə düzgün makiyaj etmək olar?  |     19:50 Çaya bir dilim limon atmaq belə təhlükəli ola bilər - İDDİA  |     19:44 Sumqayıtda marketdən 3 minlik energetik və spirtli içki oğurlandı  |     19:33 Lukaşenko inəyə abidə ucaltmaq istəyir  |    

Axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib

Beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, başqa ölkələrin ərazisində silahlı birləşmələrdə qanunsuz olaraq iştirak etməkdə təqsirləndirilərək 2023-cü ildə beynəlxalq axtarışa verilmiş Tacikistan Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü Mamur İkromoviç Yusupovun verilməsinə dair Tacikistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Mamur Yusupov 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            525 09.02.24 19:17