Ötən il 25 erkən nikah halının qarşısı alınıb - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:08 Azərbaycan Ordusunun əsgəri intihar etdi  |     20:28 Sabah Bakının 3 rayonunda qaz olmayacaq  |     20:10 KİV: Trampın andiçmə mərasimi yanvarın 20-də olacaq  |     19:58 Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan edilib  |     19:48 Rusiya ordusu Ukraynanın Donetsk vilayətində daha iki yaşayış məntəqəsini ələ keçirib  |     19:37 Səudiyyə Ərəbistanı klubu Neymarla vidalaşa bilər  |     19:05 Kiçikhəcmli gəmilərə texniki baxış keçirilib  |     18:53 Rusiya Avropaya qazın nəqlini davam etdirməyə hazırdır  |     18:33 Norveç klubunun baş məşqçisi: "Qarabağ"la oyun asan olmayacaq"  |     18:22 Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi  |     18:06 Polkovnik-leytenant 700 minlik əmlakını satıb ziyanı ödədi - Məhkəmə  |     17:21 Azərbaycanda jurnalist vəfat etdi  |     17:11 “Naftalan” Kurortu haqqında Əsasnamə” təsdiq edilib  |     16:46 Təcili tibbi yardım maşınları COP29 zolaqlarından istifadə edə biləcək  |     16:35 Bakıda bahalı avtomobillər yanaraq kül oldu - FOTO  |     16:31 COP29 iştirakçıları üçün taksi xidməti ilə bağlı YENİLİK  |     16:29 Daha 120 sahibkara maliyyə sanksiyası tətbiq edildi - SƏBƏB  |     16:24 Azərbaycanda tutulan cinayətkar aylar sonra Tacikistana təhvil verildi  |     16:03 Bayram günlərində metro necə işləyəcək?  |     15:24 Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olacaq  |    

Ötən il 25 erkən nikah halının qarşısı alınıb - RƏSMİ

Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində 2666 nəfərin iştirakı ilə 15 təlim və seminar keçirilib. 8336 nəfər rayonlarda yaradılan Qadın Resurs mərkəzlərinin xidmətlərindən bəhrələnib. Uşaq hüquqlarının qorunması, uşaq iştirakçılığının artırılması, cəmiyyətdə baş verən mənfi hallardan onların müdafiəsi, erkən nikah və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması və digər istiqamətlər üzrə keçən il ərzində 13 min 434 nəfərin iştirakı ilə 162 təlim, seminar və konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova komitənin 2023-cü il fəaliyyətinin yekunlarına həsr olunmuş brifinqdə deyib.

B.Muradova qeyd edib ki, komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyətindən 32 min 399 nəfərin yararlanıb. Eyni zamanda, 33 min 43 nəfərdən 3096 müraciət daxil olub və onlardan 1224-ü təmin edilib, digərləri isə aidiyyəti üzrə yönləndirilib. Həmçinin 2023-cü il ərzində erkən nikah hadisəsi ilə bağlı 29 fakt üzrə monitorinq-ailə səfərlərinin təşkil edilib, 25 erkən nikah halının qarşısının alınıb.

B.Muradova, həmçinin, vurğulayıb ki, qurumun mövcud “Qadın Dəstək Xətti”nə 4079, “Uşaq Qaynar Xətti”nə 4453, Gender əsaslı zorakılıqla bağlı Dəstək xəttinə 302 müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti hüquqi yardımla bağlı olub və hər biri təmin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            447 09.02.24 15:24