Mojo.az Banner
13:18 Sabah Bakıya sulu qar yağacaq  |     13:15 Dubaydan Bakıya qanunsuz gətirilən qızıl külçələr ələ keçdi - FOTO  |     13:14 Abşeronda təhlükəli ərazi PLANA DÜŞDÜ - Əhaliyə YÜKSƏK MƏBLƏĞDƏ kompensasiya ödəniləcək  |     12:37 Leyla Əliyeva şəhid Tərlan Məmmədovun ailəsini ziyarət edib - FOTO  |     12:20 Türkiyə şirkəti Bakıdan uçuşları TƏXİRƏ SALDI  |     12:12 Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər apellyasiya şikayəti veriblər  |     12:10 Bakıda küçədə tanışını güllələyib öldürən hərbçi aldığı cəza ilə razılaşmır  |     11:57 Netanyahudan İranla bağlı bəyanat: Etirazları yaxından izləyirik  |     11:51 Xəzərin üzərindən Bakının mərkəzinə nəhəng körpü salınır? - RƏSMİ AÇIQLAMA  |     11:43 Ağadadaş Ağayev amnistiyaya düşdü - cəzadan azad edilir  |     11:35 Bakıda iki nəfər dəm qazından boğularaq ölüb  |     11:27 DYP-dən sürücülərə təkər şinləri ilə bağlı XƏBƏRDARLIQ  |     11:20 İran etirazlarında ölənlərin sayı 544-ə çatdı  |     11:18 Azərbaycanda zəlzələ olub  |     11:14 Azərbaycanda peşə məktəbinin həyətində tələbənin meyiti tapıldı  |     23:00 Şəmkirdə küçədə söyüş söyən kişi həbs edildi  |     22:40 Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınıb?  |     22:29 Dünyanın ən populyar avtomobili seçildi - TOP-10  |     22:22 İranda 200-dən çox silahlı etirazçı saxlanılıb  |     22:14 Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq  |    
Left Banner
Right Banner

Bakıda tikintidə tapılan avtomat polisə təhvil verilib

04.12.2023 15:18 1 230
Bakıda tikintidə tapılan avtomat polisə təhvil verilib
Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Şöbəsinə (PŞ) daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Şəki şəhər sakini Yaşar Məmmədov Yasamal rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Y.Məmmədov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 28-ci PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir nəticəsində isə paytaxt sakini olan daha bir nəfər Yasamal RPİ 28-ci PŞ-yə müraciət edərək tikinti işləri görən zaman tapdığı 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd sandıqca və 25 ədəd patronu könüllü olaraq təqdim etmək istədiyini bildirib. Silah-sursat həmin şəxsdən götürülüb.

Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.


скачать dle 11.3