Mədəniyyət Nazirliyinin keçirdiyi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb.
Müsahibə mərhələsində iştirak etmək üçün Mədəniyyət Nazirliyinin elan etdiyi vakant vəzifələrə qeydiyyatdan keçən 45 namizəddən 42-si imtahanda iştirak edib, onlardan 13 nəfər tələb olunan keçid balını toplayaraq iddia etdikləri vəzifələrə uyğun hesab edilib.
Müsahibənin nəticələri ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.
Müsabiqənin müsahibə mərhələsinin nəticəsindən narazı olan namizədlər şikayətlərinə baxılması məqsədilə dekabrın 8-dək apellyasiya@culture.gov.az elektron poçt ünvanı vasitəsilə Nazirliyin Apellyasiya Şurasına müraciət edə bilərlər.
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərə əlavə məlumat veriləcək.