Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:32 3 məktəblini maşın vurub | 18:20 Gömrük nəzarətindən gizli gətirilən brend mallar aşkarlanıb | 18:17 Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı | 18:10 Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA | 18:06 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu | 18:04 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb | 18:01 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı | 18:00 "Nvidia" investorları aldatmaqda və Çinə çip ötürməkdə şübhəli bilinir | 17:57 Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA | 17:54 Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq | 17:49 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? | 17:47 Bu ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq | 17:43 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? | 17:25 Bakıda yeni avtobus marşrutu yaradılır | 17:18 İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb | 17:04 Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq | 16:55 Azərbaycanda qış istirahəti üçün ən maraqlı 7 məkan | 16:47 Saray körpüsündə zəncirvari qəza: Üç avtomobil toqquşdu | 16:40 Azərbaycan əhalisinin sayı açıqlandı | 16:31 Kolleclərlə bağlı vacib dəyişiklik gözlənilir |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Ordusunun Kəlbəcərdə yerləşən bölmələrindən birində şəhər günü qeyd edilib

25.11.2023 20:21 3 114
Azərbaycan Ordusunun Kəlbəcərdə yerləşən bölmələrindən birində şəhər günü qeyd edilib
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən bölmələrindən birində 25 noyabr - Kəlbəcər şəhəri günü münasibətlə tədbir keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər bildiriblər ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti sayəsində tarixi torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz tam təmin edilib. Kəlbəcər şəhəri gününün ölkəmizin hər bir yerində, o cümlədən azad edilmiş ərazilərimizdə böyük qürur və iftixar hissi ilə qeyd olunduğu xüsusi vurğulanıb.

Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək məqsədilə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirdə hərbi qulluqçular Azərbaycan Ordusunda, xüsusilə azad edilmiş ərazilərdəki bölmələrdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

Son xəbərlər