Mojo.az Banner
12:58 Bir çox sürücünün bilmədiyi qayda: 100 manat və 3 ballıq cərimə - Video  |     12:53 Sosial şəbəkələrdə yayılan gözəllik tələsi: Mənşəyi bilinməyən üz kremlərinə aldanmayın - Video  |     12:51 Qarabağda həyat qaynayır: Azad edilən torpaqlardan əsrarəngiz görüntülər - VİDEO  |     12:43 Prezident təqaüdçüsü prestijli London İmperial Kollecinə qəbul olunub  |     12:33 Pentaqon İrana qarşı istifadə etdiyi "PrSM" raketlərinin alışını 10 dəfə artıracaq  |     12:28 Kart ödənişlərində komissiyalara limit qoyuldu  |     12:19 Azərbaycanda bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB  |     12:06 Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI  |     11:38 Neft kəskin bahalaşdı - Qiymət 100 dolları keçdi  |     11:30 Müdafiə Nazirliyinin külli miqdarda rüşvət almaqda ittiham edilən sabiq hissə rəisi ilə bağlı QƏRAR  |     23:01 Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI  |     22:55 Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb  |     22:48 Xaricə səyahət zamanı ultra varlıların həmişə aldığı 4 məhsul  |     22:43 Pedaqoji ixtisaslar ləğv edilir: Bəzi özəl universitetlər bağlana bilər?  |     22:34 Kivini İrandan 1,19, İtaliyadan 14 manata almışıq  |     22:27 Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video  |     22:22 İlk baxışda təsir edən 3 bürc: Xarizma, sirr və zəriflik  |     22:16 Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ  |     22:01 Nazirdən Tural Kərimovla bağlı ƏMR  |     22:00 Ukrayna-Rusiya cəbhəsində atəşkəs başladı  |    
Left Banner
Right Banner

Daxili İşlər Nazirliyində Anım Gününə həsr olunmuş tədbir keçirildi - VİDEO

26.09.2025 20:01 321
Daxili İşlər Nazirliyində Anım Gününə həsr olunmuş tədbir keçirildi - VİDEO
Daxili İşlər Nazirliyində 27 Sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş mərasim keçirilib.

Tədbirdə Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.

Əvvəlcə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən silahlı qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının Vətən müharibəsində yüksək peşəkarlıq və qəhrəmanlıq nümunələri göstərdiklərini vurğulayıb.

Nazir müavini bu gün işğaldan azad olunan ərazilərdə ictimai təhlükəsizliyin təmin olunması, Böyük Qayıdışın daha tez reallaşması üçün Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının xidməti vəzifələrini böyük qürur hissi ilə davam etdirdiklərini məmnunluqla vurğulayıb.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanının müavini - Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradov Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının keçdiyi şərəfli döyüş yolundan danışıb.

Daha sonra çıxış edənlər ölkə başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş hərbi qulluqçularımızın və polis əməkdaşlarının bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı doğrultmaq üçün səylərini bundan sonra da əsirgəməyəcəklərini vurğulayıblar.

Tədbirin sonunda Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlıqlarını özündə əks etdirən sənədli film nümayiş olunub.скачать dle 11.3
Mojo.az Banner