Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

“Şəhidlər ölməz” adlı tədbir keçirilib

12.07.2021 20:20 1 209
“Şəhidlər ölməz” adlı tədbir keçirilib
İyulun 12-də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarımızı tanımaq və tanıtmaq məqsədilə keçirilən “Şəhidlər ölməz” adlı tədbirlər silsiləsindən, şəhid baş gizir Mehman Yusifovun doğum gününə həsr olunmuş növbəti anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə şəhidin yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşündən, 44 günlük Vətən müharibəsində göstərilən igidlik və qəhrəmanlıqdan, eləcə də şanlı qələbəmizin tarixi əhəmiyyətindən danışıblar.

Mərasimdə şəhidin yaxınları dövlət başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Sonda şəhidə həsr olunmuş videoçarx nümayiş olunub, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi vətənpərvərlik mövzusunda musiqi proqramı ilə çıxış edib.скачать dle 11.3
Mojo.az Banner