Qadına sataşanın ayaqlarını sındıraraq öldürən şəxslərin məhkəməsi başladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |     11:38 Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb  |     11:27 Bakıda boru PARTLADI: İçməli su küçələrə AXDI - VİDEO  |     11:18 İstanbulda saxta içki kabusu: 11 nəfər öldü  |     11:13 Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib  |     11:08 Bakıda 15 yaşlı qız itkin düşüb  |     23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |    

Qadına sataşanın ayaqlarını sındıraraq öldürən şəxslərin məhkəməsi başladı

Ali Məhkəmədə Bakıda xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham edilən qohumların - Allahverdi İsmayılov və Ramin Şamilovun barələrindəki hökmdən verilən kassasiya şirkəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 22-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Allahverdi İsmayılov 18 il, Ramin Şamilov isə 17 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Qətl hadisəsi Bakının Binəqədi rayonunda baş verib. Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Çapar oğlu Abbasovun meyiti tapılıb. Meyitin müayinəsi zamanı müxtəlif bədən xəsarətləri aşkar olunub. Həmçinin kişinin hər iki ayağı sındırılıb. Məlum olub ki, E.Abbasov başından aldığı daş zərbələri nəticəsində ölüb. Aparılan araşdırmalar nəticəsində polis əməkdaşları qətldə şübhəli bilinən Şəki sakinləri - 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovu və onun qohumu, 1987-ci il təvəllüdlü Ramin Şamilovu saxlayıblar. İlkin ehtimallara görə, E.Abbasov öz inadkarlığının qurbanı olub. Kişi saxlanılan şəxslərdən birinin qohumu olan qadınla yaxınlıq etmək istəyib. Ancaq qadın buna etiraz edib. Lakin E.Abbasov ona zəng vurmağa davam edib. Bu zaman söhbətə A.İsmayılov qarışıb. O, telefon vasitəsilə E.Abbasovla əlaqə saxlayıb və onu Sulutəpə qəsəbəsində yaşayan qadının evinin qarşısında görüşə çağırıb. E.Abbasov görüşə gəlib. İstintaqın versiyalarına görə, qadının gözləri qarşısında A.İsmayılov və R.Şamilov E.Abbasovu ölümcül döyüb, daha sonra cəsədi avtomobilin yük hissəsində gizlədiblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 587 20.11.23 12:34