Mojo.az Banner
13:55 Dubay-Marina və "Dubai Internet City" əraziləri sursat qalıqlarından zərər görüb  |     13:53 Dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ  |     13:46 Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır  |     13:42 Azərbaycan XİN: "Beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə fəaliyyətinə yardımın gücləndirilməsinə çağırırıq" - FOTO  |     13:38 Neftçilər xəstəxanasında həkim qəbuluna düşməkdə PROBLEM - Video  |     13:14 Sumqayıtda 16 yaşlı qız FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ  |     13:10 Küləklə bağlı XƏBƏRDARLIQ: GÜCLƏNƏCƏK  |     13:08 Sumqayıt şəhərində dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb  |     23:01 Gürcüstanda dəhşətli qətl: Yeni evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR  |     22:55 Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB  |     22:46 "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi  |     22:40 "Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO  |     22:20 Makrondan Trampa İranla bağlı çağırış - "Hörmət elə"  |     22:16 Livanın cənubunda BMT-nin üç sülhməramlısı yaralanıb  |     22:11 Bu yolda hərəkət məhdudlaşdırılır  |     22:10 İsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıb  |     22:08 Ali Məhkəmə "Abzas Media" işi ilə bağlı həbs edilən jurnalistlərlə bağlı qərar verdi  |     22:02 2030-cu ilədək şəraitsiz məktəb problemi aradan qalxacaq  |     21:57 "e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır  |     21:50 Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək  |    
Left Banner
Right Banner

Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib

18.02.2021 22:52 3 507
Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikasında Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib.

Median.Az
xəbər verir ki, açılışda NMR Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.

Bildirilib ki, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən mərkəzdə tikinti işləri Fransanın “MND” şirkətinin layihəsi əsasında aparılıb. Mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyr xətləri, 20 min kubmetr tutumu olan süni göl yaradılıb, 26 sabit, 3 hərəkətli süni qaryaratma sistemi, 1 motor stansiyası, uzunluğu 980 metr olan kanat quraşdırılıb ki, onun da başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olan 59 oturacaq var ki, bu da saatda 1000-dən artıq turistə xidmət etməyə imkan verir.

Ərazidə mərkəz üçün 2 mərtəbəli inzibati bina, hər biri 2 nəfərlik olmaqla, 3 kottec, 1-i inzibati binanın ikinci mərtəbəsində, 1-i isə kanat liftinin sonuncu dayanacağında olmaqla 2 kafe fəaliyyət göstərir. İnzibati binanın birinci mərtəbəsində qeydiyyat, xizəklərin və müvafiq geyimlərin təhvil verilməsi xidməti göstərilir. Mərkəzdə 25 yeni iş yeri yaradılıb.

Təqdimatdan sonra V. Talıbov, oğlu Seymur Talıbov və NMR-nın digər rəsmi şəxsləri kanatda gəziblər.//oxu24.comскачать dle 11.3
Mojo.az Banner