Zaxarova Naxçıvana dəmir yolu çəkilməsindən danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:28 Azarkeşlər "Qarabağ"ı və "Sumqayıt"ı ziyana saldılar  |     14:37 Bu gün keçiriləcək görüşləri hansı kanallardan izləmək olar? (ANONS)  |     14:34 "Plato Capital and Co. İnvestisiya Şirkəti"nin lisenziyası ləğv olunub  |     14:28 Messinin dünən Bakıda imzaladığı papaq satışa çıxarıldı - ŞOK QİYMƏT (FOTO)  |     14:24 Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR  |     14:18 Bu ərazilərdə ev və mənzil qiymətləri arta bilər - VİDEO  |     14:09 Son günlər metroda nə baş verir? - VİDEO  |     14:08 Bakıda 2 qadın faciəvi şəkildə həlak oldu (FOTO)  |     14:04 Azərbaycan neftinin qiyməti 76 dolları ötdü  |     13:55 Yaxın qohumlar aldanaraq yarım milyon manata yaxın pulu itirdilər  |     13:35 Azərbaycanın Baş naziri Moskvada Heydər Əliyevin xatirəsini anıb  |     13:21 Ağdaşda FACİƏ: Kanalda boğulan şagirdin MEYİTİ TAPILDI (YENİLƏNİB)  |     13:19 DİN rəhbərliyi Ulu Öndərin məzarını ziyarət etdi - FOTO / VİDEO  |     13:15 Vətəndaşların ad-soyadlarını qanunsuz dəyişən rəisə 9 il həbs cəzası verildi  |     13:09 Səhiyyə Nazirliyi: Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxslərin sayı üç dəfə artıb  |     13:02 Sumqayıtda əl qumbarası tapılıb  |     12:48 Erməni neonasistləri ölkədə öz reyxlərini qurmaq istəyirlər  |     12:47 Moskvada MDB və Aİİ ölkələrinin baş nazirlərinin iclası keçirilir (YENİLƏNİR)  |     12:38 Leyla Əliyeva ulu öndərlə bağlı paylaşım edib - VİDEO  |     12:04 Bank borcunu "sildirmək" neçəyədir? - VİDEO  |    

Zaxarova Naxçıvana dəmir yolu çəkilməsindən danışdı

“Üç ölkə liderlərinin 9 noyabr tarixli bəyanatının 9-cu bəndinə görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri maneəsiz hərəkət edəcək”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların maneəsiz hərəkəti üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir:

“Nəqliyyat kommunikasiyasına nəzarət Rusiyanın FSB sərhəd xidməti tərəfindən həyata keçirilir. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi də razılaşdırılıb”.

Zaxarova eyni zamanda Naxçıvanla Azərbaycan arasında birbaşa yol çəkilməsi məsələsinə də toxunub:

Bildiyiniz kimi, iqtisadi əlaqələrin blokdan çıxarılması, yeni kommunikasiyaların inşası uzun müddətli hadisədir, buna bir çox ixtisaslaşmış strukturları cəlb etmək lazımdır və əsas məsələlər, bildiyimiz qədərilə, bunun üçün xüsusi mexanizmlər yaratmış Azərbaycan və Ermənistan səlahiyyətliləri tərəfindən həll ediləcək”.

O, bildirib ki, bu gün ən ümidverici istiqamət dəmir yolu nəqliyyatının bərpasıdır. Bu istiqamətdə rusiyalı mütəxəssislərin köməyi ilə Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun sərhəd hissələrində, eləcə də Ermənistan sərhədinə bitişik olan dəmir yolu xətlərində ilkin araşdırma aparılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            531 10.12.20 18:37