“Ermənistan KİV-in Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır”.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Bildirilib ki, oktyabrın 15-də Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir “Su-25” döyüş təyyarəsi havaya qaldırılmayıb.