Avtomobillərə pərdə və plyonka qadağası ləğv edilə bilər - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:05 Lənkəranda öldürülən gəncin FOTOLARI (YENİLƏNİB)  |     14:01 Bakıda bacısını boğaraq qətlə yetirən şəxs məhkəmə qarşısında  |     13:49 Şəkidə qəzada xəsarət alan qadın xəstəxanada ölüb  |     13:43 Türkiyə XİN Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibəti ilə təbrik edib  |     13:38 Evdə tək qalan psixoloji problemli şəxs faciəli şəkildə öldü  |     13:31 Azərbaycanda tələbə qəfil vəfat edib - FOTO  |     13:26 Laçında yabanı halda bitən bir tondan artıq çətənə kolu məhv edildi  |     13:18 COP29 müddətində hər hansı məhdudiyyət, qadağa və SMS icazə olmayacaq - RƏSMİ  |     13:10 Ruben Vardanyan barədə qərar verildi - VİDEO  |     13:05 Bakıda sabah gecə bağlı olacaq yolların SİYAHISI  |     13:03 Gəncə şəhərində "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib  |     13:02 Bərdədə narkotik vasitədən istifadə etməkdə şübhəli bilinən sürücü saxlanılıb  |     13:02 Yəhya Sinvarı əvəz edəcək şəxsin adı açıqlanıb  |     12:59 106 yaşlı qadın uzunömürlülük sirrini açıqladı  |     12:57 Yerə düşən meteorların mənşəyi müəyyən edilib  |     12:55 Xanımların maraqla gözlədiyi tövsiyə: Arıqlama zamanı ÇÖRƏK YEYİN  |     12:54 Üç ölkə arasında hərbi mobillik dəhlizi yaradılacaq  |     12:52 Almaniyadan Ukraynaya növbəti YARDIM  |     12:48 Qızılın qiyməti tarixdə ən yüksək həddə çatdı  |     12:38 Yollarda moped problemi: Ekspertlər həll yolu təklif edirlər - VİDEO  |    

Avtomobillərə pərdə və plyonka qadağası ləğv edilə bilər - VİDEO

Avtomobillərin arxa yan şüşəsinə pərdə və plyonkanın ilin müəyyən aylarında vurulması qadağası ləğv edilə bilər.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, millət vəkili Çingiz Qənizadə avtomobillərin arxa yan şüşələrinə ilin bütün aylarında pərdə vurulmasına icazə verilməsini təklif edib.

Deputat deyir ki, keçmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi məlum qərar ləğv edilməldir. Çünki bu qərarın heç bir əhəmiyyəti qalmayıb. Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 43 saylı qaydasında qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılır.

Qeyd edək ki, mayın 1-dən noyabrın 15-nə kimi tətbiqinə icazə verilən jalüzlər də şüşəni tündləşdirir. Hətta gecə saatlarında həmin şüşədən bayıra baxanda görünüşü məhdudlaşdırır. Əgər bu yol hərəkəti təhlükəsizliyinə zidd olsaydı və ya qəza riskini artırsaydı yayda daha çox qəza ola bilərdi.

Millət vəkili deyir ki, digər qonşu ölkələrdə də sürücünün arxasında qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılıb. Əgər qeyd olunan şüşələrin tündləşdirilməsi yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi.

Qeyd edək ki, Avropanın bir çox ölkəsində belə bir qadağa yoxdur. Çingiz Qənizadə məsələni parlamentdə gündəmə gətirəcəyini deyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 856 04.03.19 21:51