Mojo.az Banner
18:21 Отменены рейсы в Нахчыван - ПРИЧИНА  |     16:39 Свежие кадры самого длинного тоннеля на Кавказе - ВИДЕО  |     16:06 Для участия в WUF13 зарегистрировались более 40 000 человек из 182 стран  |     16:04 В регионах цена самоварного чая выросла до 50 манатов - ВИДЕО  |     14:17 Известный кардиолог назначен на высокую должность - ФОТО  |     14:02 Азербайджанская нефть подорожала  |     14:01 Трамп заявил, что отказался от предложения Си Цзиньпина о помощи с Ираном  |     13:34 Родителям объяснили, как правильно реагировать на плач ребенка  |     13:27 В регионах Азербайджана дорожают земельные участки - ВИДЕО  |     13:24 СМИ: Европе угрожает дефицит лекарств из-за ситуации вокруг Ирана  |     13:22 Жители Баку жалуются на содержание овец и кур во дворе детского сада - ВИДЕО  |     13:18 Скончался экс-глава ИВ Наримановского района - ФОТО  |     13:13 Новые правила аренды земли в Азербайджане вступают в силу: что изменится - ВИДЕО  |     13:07 В некоторых районах Азербайджана идут дожди с грозами - ФАКТИЧЕСКАЯ ПОГОДА  |     22:19 Три азербайджанских вольника вышли в финал чемпионата Европы  |     22:13 На Земле началась магнитная буря  |     19:50 СМИ: Перед отлетом из Пекина делегация США избавилась от "всего китайского"  |     18:31 Назван максимальный срок выживания хантавируса при комнатной температуре  |     14:47 Внесены изменения в правила приема подарков для сотрудников таможенных органов  |     14:45 Общественный транспорт в Баку будет бесплатным для некоторых лиц  |    
Left Banner
Right Banner

Azərbaycanda yerli istehsal siqaretlər bahalaşacaq

14.06.2018 14:53 1 832
Azərbaycanda yerli istehsal siqaretlər bahalaşacaq
Azərbaycanda Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində tütündən hazırlanan siqaretlərin vergi dərəcəsi artırılıb.

Bundan sonra Azərbaycanda tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq.

İndiyədək bu məbləğ 4 manat idi. Deməli, bundan sonra ən kobud hesablamalarla bir qutu siqaretdə vergi yükü 1,2 qəpiyə yaxın olacaq.

Xatırladaq ki, ilin əvvəlində Nazirlər Kabinetinin qərarı ilə tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılmışdı.

Ümumilikdə, Azərbaycanda istehsal edilən və idxal olunan alkoqollu içkilərə, tütün məmulatlarına aksiz dərəcələri sonuncu dəfə 2015-ci ildə artırılmışdı. Aksiz dərəcələri milli valyuta ilə müəyyən edilmişdi.

Yerli istehsalçılarla idxalçıların aksiz dərəcəsi yükünün eyniləşdirilməsi əbəs deyil.

Belə ki, 2018-ci ilin büdcədəsində aksiz vergisi üzrə daxilolamarın həcmi 2017-ci ilin proqnozu ilə müqayisədə 82,0 milyon manat - 91,1 faiz çox proqnozlaşdırılıb. Yəni 172,0 milyon manat nəzərdə tutulub.

Yerli istehsalçılar artıma susur

Bildirək ki, Azərbaycanda son bir ildə siqaret istehsalı artıb. Belə ki, bu ilin beş ayı ərzində 1 275,0 milyon siqaret istehsal olunub ki, bu da 2017-ci ilin eyni dövründəkindən 4,2 dəfə çoxdur.

Bazarın ən böyük istehsalçıları “European Tobacco-Baku” və “Cahan Tobacco” MMC-dir (Naxçıvanda fəaliyyət göstərir).

Vergi yükünün artırılmasının onlara necə təsir edəcəyini öyrənməyə çalışdıq. Lakin müəssisələrin hələlik susmağa üstünlük verdiklərini ortaya çıxdı.

Pərakəndə ticarət şəbəkələrində apardığımız reydlər göstərir ki, yerli istehsal siqaretlərin qiymətlərində dəyişiklik olmasa da, bazarda bu məhsulların çeşidi azalıb. Qiymət baxımından daha ucuz olan yerli siqaretlər bir sıra satış obyektlərindən yığışdırılıb.

İqtisadçı-ekspert Rəşad Həsənov ortamüddətli dövrdə qiymətlərin bahalaşacağını istisna etmir:

“Yerli istehsal məhsullarının qiymətindəki artım idxal siqaretlərə təsir edəcək”.

Ekspertə görə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən tütün məhsullarının həcmi artacaq:

“Daxili bazarlarda son istehlak məhsullarının qiymətlərinin artması qaçaqmalçılıq imkanlarını artırır”.

R.Həsənov deyir ki, yerli istehlak məhsullarının strukturunda da dəyişikliklər gözlənilir. Onun sözlərinə görə, qiymət artımı əhalinin daha aşağı keyfiyyətli tütün məhsulları istifadə etməsinə gətirib-çıxaracaq.

Ekspert bildirdi ki, vergi yükünün artırılması tütün məhsullarının qiymətlərinə 5 faiz təsir edə bilər.

Sonda onu da bildirək ki, əhalinin son istehlak xərclərində siqaretin payı elə də az deyil. Məsələn, 2018-ci ilin yanvar-may aylarında pərakəndə ticarətin 6,9 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları təşkil edib.

İçkilər və tütün məmulatlarının satışından 668,5 milyon manat gəlir əldə olunub.

Digər tərəfdən, siqaretin idxal statistikası da diqqət çəkir. Əgər cari ilin beş ayında yerli istehsal artıbsa, siqaret idxalı 10,5 faiz azalıb.

Belə ki, bu ilin beş ayında 1 275,0 milyon ədəd siqaret istehsal edilib, 2443,8 milyon ədəd isə idxal olunub.//oxu.azскачать dle 11.3
Mojo.az Banner