Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Hörmüz boğazının blokadası Avropada dərman qıtlığına səbəb ola bilər

16.05.2026 13:24 855
Hörmüz boğazının blokadası Avropada dərman qıtlığına səbəb ola bilər
İran ətrafında yaranmış vəziyyət və Hörmüz boğazının blokadaya alınması riski Avropada dərman qıtlığına səbəb ola bilər.

Median.Az
"La Tribune" nəşrinə istinadən xəbər verir ki, Avropa əczaçılıq sənayesi xammal tədarükündə 80% Çin və Hindistandan asılıdır. Həmin ölkələrin əczaçılıq sektoru isə neft və qaz qiymətlərindəki qeyri-sabitliyə görə çətinliklər yaşayır. Eyni zamanda, Asiya və Yaxın Şərqdə aviauçuşların ləngiməsi təchizat zəncirini ciddi şəkildə pozub.

"Alternativ çatdırılma yolları mövcud olsa da, onların xərci qat-qat yüksəkdir. Bəzi maddələrin təchizat zənciri o qədər mürəkkəbdir ki, bu vəziyyət zamanla defisitə gətirib çıxara bilər", - deyə CEPII İqtisadi Tədqiqatlar Mərkəzinin nümayəndəsi Dəniz Yünal bildirib.

Məqalədə vurğulanır ki, etilen, karbamid və parafin kimi bir çox komponentlər birbaşa Fars körfəzi ölkələrindən gətirilir. "Coface" sığorta şirkətinin məlumatlarına əsasən, ilk növbədə bəzi antibiotiklər və parasetamol risk altındadır. Şirkət təmsilçisi Co Duayi bildirib ki, cəmi bir neçə avrosentə satılan dərmanların istehsalında neftdən böyük asılılıq var: "Bu sistem təzyiqə məruz qaldıqda təkcə qiymətlər artmır, həm də bəzi maddələrin fiziki tədarükü mümkünsüzləşir".

Daha əvvəl "Le Parisien" qəzeti İnşaat Sahəsi Kiçik Müəssisələr Konfederasiyasına (Capeb) istinadən yazıb ki, İrandakı böhran səbəbindən Fransada tikinti materiallarının qiyməti kəskin şəkildə bahalaşıb.скачать dle 11.3
Mojo.az Banner