Mojo.az Banner
18:21 Отменены рейсы в Нахчыван - ПРИЧИНА  |     16:39 Свежие кадры самого длинного тоннеля на Кавказе - ВИДЕО  |     16:06 Для участия в WUF13 зарегистрировались более 40 000 человек из 182 стран  |     16:04 В регионах цена самоварного чая выросла до 50 манатов - ВИДЕО  |     14:17 Известный кардиолог назначен на высокую должность - ФОТО  |     14:02 Азербайджанская нефть подорожала  |     14:01 Трамп заявил, что отказался от предложения Си Цзиньпина о помощи с Ираном  |     13:34 Родителям объяснили, как правильно реагировать на плач ребенка  |     13:27 В регионах Азербайджана дорожают земельные участки - ВИДЕО  |     13:24 СМИ: Европе угрожает дефицит лекарств из-за ситуации вокруг Ирана  |     13:22 Жители Баку жалуются на содержание овец и кур во дворе детского сада - ВИДЕО  |     13:18 Скончался экс-глава ИВ Наримановского района - ФОТО  |     13:13 Новые правила аренды земли в Азербайджане вступают в силу: что изменится - ВИДЕО  |     13:07 В некоторых районах Азербайджана идут дожди с грозами - ФАКТИЧЕСКАЯ ПОГОДА  |     22:19 Три азербайджанских вольника вышли в финал чемпионата Европы  |     22:13 На Земле началась магнитная буря  |     19:50 СМИ: Перед отлетом из Пекина делегация США избавилась от "всего китайского"  |     18:31 Назван максимальный срок выживания хантавируса при комнатной температуре  |     14:47 Внесены изменения в правила приема подарков для сотрудников таможенных органов  |     14:45 Общественный транспорт в Баку будет бесплатным для некоторых лиц  |    
Left Banner
Right Banner

Qarabağa səfər edən avropalı məmur “qara siyahı”ya düşmədi - SƏBƏB

14.05.2018 13:54 1 324
Qarabağa səfər edən avropalı məmur “qara siyahı”ya düşmədi - SƏBƏB
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Mühafizəkarlar və İslahatlar Alyansının (ACRE) heyətinin üzvü Semistoklis Astenidisin adının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş şəxslərin siyahısına salınmamasının səbəbini açıqlayıb.

XİN-dən oxu.az-a verilən məlumata görə, işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etmiş ACRE heyətinin üzvü Semistoklis Astenidis Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinə rəsmi məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilməməsini xahiş edib.

Məktubunda S.Astenidis ACRE-nin 2017-ci ilin dekabrında Yerevanda keçirilən tədbirində iştirak etmək üçün rəsmi nümayəndə heyətinin tərkibində Ermənistana səfər etdiyini qeyd edərək, işğal olunmuş ərazilərimizə əvvəlcədən xəbərdar edilmədən aparıldığını etiraf edib.

“Ermənistana səfərin tərkibi olaraq bizim yerli tərəfdaşlar nümayəndə heyəti üçün bir sıra turist proqramları hazırlamışdılar. Turizm xarakterli gəzintiyə çıxmamışdan əvvəl mən yerli tərəfdaşlarımızın bizi işğal olunmuş Dağlıq Qarabağa aparacaqları barədə tamamilə məlumatsız idim. Belə ki, yola düşəcəyimiz vaxtda məqsədyönlü şəkildə səfərin təfərrüatları qeyri-müəyyən idi və hətta etiraf edim ki, aldadıcı idi”, - deyə məktubda qeyd olunub.

S.Astenidis müraciətində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə tam şəkildə hörmət etdiyini, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, bu səfərin heç bir halda Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının tanınması mənasını daşımadığını qeyd edərək, peşəkar hüquqşünas kimi ölkəmizin işğal olunmuş əraziləri ilə əlaqədar hüquqi və siyasi həssaslıqları tamamilə anladığını ifadə edir.

O, bu əmələ görə dərin təəssüfünü ifadə edir və bu ilin iyun ayında Bakıya səfər etmək üçün icazə verilməsini xahiş edir.

S.Astenidisin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısına salınmaması barədə qərar qəbul edilib.скачать dle 11.3
Mojo.az Banner