Mojo.az Banner
20:08 Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlandı - FOTO  |     20:01 Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar  |     20:01 Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:56 Cəlilabadda yaşayış evi yandı  |     19:56 Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək  |     19:51 Bu apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxıla biləcək  |     19:48 Təcili yardımın əməkdaşı vəfat edib - FOTO  |     19:37 Gədəbəydə güllələnmiş meyit tapıldı  |     19:24 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi  |     19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |     18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Süni intellekt ətrafında qorxular getdikcə artır - Detallar AÇIQLANDI

08.05.2026 11:53 558
Süni intellekt ətrafında qorxular getdikcə artır - Detallar AÇIQLANDI
Süni intellekt (Sİ) texnologiyalarından istifadə edilməklə törədilən kiberhücumlar dünya iqtisadiyyatı üçün ciddi təhlükə yaradır.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) xəbərdarlığında bildirilir.

Qurum mütəxəssislərinin qənaətinə görə, süni intellektin imkanları kibercinayətkarlara müştəri etibarını sarsıtmağa, ödəniş sistemlərini sıradan çıxarmağa və hətta bazarlarda panikaya səbəb olan satışlara şərait yaradır. Bunun əsas səbəbi Sİ-nin istənilən sistemdəki təhlükəsizlik boşluqlarını çox qısa müddətdə aşkarlaya bilməsidir.

Maliyyə, enerji, telekommunikasiya və dövlət idarəetməsi daxil olmaqla, bütün sahələr risk altındadır. Şirkətlərin məhdud sayda proqram təminatı platformalarından, bulud xidmətlərindən və ya Sİ modellərindən asılılığı vahid bir boşluğun onlarla təşkilat üçün ağır fəsadlar törətməsinə yol aça bilər. Nəticədə, qlobal miqyasda genişmiqyaslı makroiqtisadi şokun baş verməyəcəyinə dair heç bir zəmanət yoxdur.

BVF təmsilçiləri xüsusilə vurğulayıblar ki, inkişaf etməkdə olan ölkələr bu cür kiberhücumlar qarşısında daha müdafiəsiz vəziyyətdədir.скачать dle 11.3
Mojo.az Banner