Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Narkotikin təsiri altında maşını qanunsuz sürən şəxs HƏBS OLUNDU

29.04.2026 14:00 672
Narkotikin təsiri altında maşını qanunsuz sürən şəxs HƏBS OLUNDU
"Changan" markalı, 77-QR-325 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü aprelin 25-də yol hərəkəti qaydalarını pozduğuna görə Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, sənədlərə baxış zamanı nəqliyyat vasitəsini idarə edən Zaur Hüseynovun sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyənləşib.

Qeyd edilib ki, yoxlama zamanı Z.Hüseynovun qeyri-adekvat davranışları əməkdaşlarda şübhə yaratdığından o, tibbi müayinədən keçirilib, onun narkotik vasitənin təsiri altında olduğu aşkar edilib.

Z.Hüseynov barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib, o, inzibati qaydada həbs edilib.

"BDYPİ bir daha diqqətə çatdırır ki, sürücülük hüququ olmadan və ya məhdudlaşdırılmış vəziyyətdə, eləcə də narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlər qətiyyətlə davam etdirilir", - deyə məlumatda vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner