Mojo.az Banner
22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |     20:48 Kartdan-karta köçürmələrə qoyulan limit ləğv edilir?  |     20:40 "Meta" "Instagram", "Facebook" və "WhatsApp" üçün vahid abunə xidmətini təqdim etdi  |     20:35 Masajçı "fizioterapevt" kimi işlədildi - "Ecegen Med Klinika" cərimələndi  |     20:28 "iPhone 18 Pro" fotoların orijinallığını yoxlamağa imkan verəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır

23.04.2026 17:50 663
İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
"27 aprel 2026-cı il tarixindən etibarən ölkə üzrə incəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin əyani imtahan mərhələsi başlanır. Qəbul prosesi müvafiq normativ qaydalara uyğun olaraq şəffaf və obyektiv meyarlar əsasında həyata keçirilir".

Bu açıqlamanı Mədəniyyət Nazirliyi yayıb.

Bildirilib ki, imtahanlar musiqi, rəssamlıq və xoreoqrafiya istiqamətləri üzrə təşkil olunur və namizədlərin yaradıcılıq potensialının, estetik zövqünün, eləcə də ilkin peşə bacarıqlarının qiymətləndirilməsini nəzərdə tutur.

Cari tədris ili üzrə 1-ci sinfə qəbul üçün elektron sistem vasitəsilə, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 14 733 müraciət qeydə alınıb. Namizədlərdən 12 954 nəfər musiqi, 1 210 nəfər rəssamlıq, 569 nəfər isə xoreoqrafiya istiqaməti üzrə imtahanlarda iştirak edəcək.

İmtahan tarixləri, keçirilmə məkanları və digər zəruri məlumatlar valideynlər və namizədlərə qeydiyyat zamanı təqdim olunmuş elektron poçt ünvanları, SMS bildirişləri, eləcə də "MyCulture" vahid şəxsi kabineti vasitəsilə çatdırılıb.

Qeyd edək ki, incəsənət məktəblərinə qəbul uşaqların erkən yaşlardan yaradıcılıq potensialının üzə çıxarılması, onların peşəkar istiqamətləndirilməsi və milli mədəni mühitin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.скачать dle 11.3
Mojo.az Banner