Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər (Yenilənib)

22.04.2026 16:41 858
İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər (Yenilənib)
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə geniş tərkibdə görüşü keçirilib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqları salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:

"Cənab Prezident.

Nümayəndə heyətinin üzvləri.

Əziz qonaqlar.

Bir daha xoş gəlmisiniz. Cənab Prezidentlə müxtəlif məsələlər ətrafında əla müzakirəmiz oldu və işimizi nümayəndə heyətləri ilə birgə davam etdiririk. Bilirəm ki, səfərdən əvvəl çox işlər görülmüşdür, o cümlədən Hökumətlərarası Komissiyanın iclası çox uğurla keçirilmişdir. Həmçinin əminəm ki, bu gün keçiriləcək biznes-forum birgə işin aparılmasına olan qarşılıqlı maraq əsasında yaxşı nəticələr verəcək.

Təbii ki, aramızda çox yaxşı siyasi əlaqələr mövcuddur. Bu gün onlar bir daha təsdiqləndi. Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik.

Əlbəttə, biz regionumuzda siyasi hadisələri geniş şəkildə müzakirə etdik və həmin müzakirəni cənab Prezidentlə davam etdirəcəyik. Əminəm ki, nümayəndə heyətlərinin üzvləri də bu vaxtdan istifadə edərək, ikitərəfli tərəfdaşlığımızın ən mühüm məsələlərini müzakirə edəcəklər. Mən dəvətimi qəbul etdiyinə görə cənab Prezidentə olduqca minnətdaram, onu yenidən görməyimə çox şadam. O, əvvəlki vəzifəsində olarkən Bakıda dəfələrlə olub. Mən hər zaman görüşlərimizdən məmnun qalmışam. Sizə bu dəfə də Azərbaycanda xoş səfər arzu edirəm. Bir daha xoş gəlmişiniz".

Sonra Latviya Prezidenti Edqars Rinkeviçs çıxış edərək deyib:

"Çox sağ olun, cənab Prezident. Dəvətə və çox səmimi qonaqpərvərliyə görə olduqca minnətdaram.

Görüşümüz əsnasında Sizə söylədiyim kimi, Bakıya sonuncu səfərimdən, demək olar ki, 9 il ötür. O, 2017-ci ildə baş tutmuşdu. Şəhəri tanımaq olmur. Düşünürəm ki, bu vaxta qədər şahidi olduğumuz inkişaf böyük təəssürat bağışlayır. Mən Sizi və Azərbaycan xalqını həm siyasi, həm iqtisadi inkişaf, həmçinin uzun çəkən məsələnin həlli münasibətilə təbrik etmək istəyirəm.

Haqlı olaraq qeyd etdiyiniz kimi, təkbətək görüşümüzdə Yaxın Şərqdə və Avropada siyasi hadisələrə, regional təhlükəsizliyə aid bir sıra məsələləri artıq müzakirə etdik. Təsdiqləmək və bir daha vurğulamaq istədiyim məqam odur ki, Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir. Siyasi və iqtisadi əməkdaşlığımızın real dəyərini görürük. Nümayəndə heyətimdən gördüyünüz kimi, hətta ikinci cərgədə də çox təmsilçilərimiz var. Nümayəndə heyətini ixtisar edə bilmirdim, çünki hamı burada olmağa, çox praktiki məsələləri müzakirə etməyə maraq göstərir. Mən, həmçinin Hökumətlərarası Komissiyanın işini alqışlamaq istəyirəm".

* * * * *

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər.

Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

* * * * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış edirlər.

Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.скачать dle 11.3
Mojo.az Banner