Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

"Zara" və "Bershka" brendlərinin şəbəkəsinə kiberhücum: Müştəri məlumatları təhlükədədir?

17.04.2026 16:21 717
"Zara" və "Bershka" kimi tanınmış brendlərin sahibi olan İspaniyanın "Inditex" geyim korporasiyası serverlərinə qanunsuz müdaxilə edildiyini açıqlayıb.

Median.Az
İspaniyanın "El Pais" nəşrinə istinadən xəbər verir ki, kiberhücum kənar xidmət təminatçısının serverlərində yerləşən məlumat bazalarına qarşı törədilib.

"Inditex"dən verilən açıqlamada bildirilir ki, sözügedən bazalarda yalnız fərqli bazarlardakı istehlakçılarla olan ticari əlaqələrə dair detallar saxlanılıb. Şirkət vurğulayıb ki, müştərilərin ad-soyadları, əlaqə nömrələri, ünvanları, parolları, həmçinin bank kartı və digər maliyyə rekvizitləri kimi həssas məlumatlar tam qorunub. İlkin yoxlamalar kiberhücumun alıcıların fərdi məlumatlarına zərər vurmadığını göstərir.

Korporasiya dərhal qoruyucu protokolları işə salaraq aidiyyəti qurumları məlumatlandırıb. Bildirilib ki, "Inditex"in əməliyyat sistemlərinin fəaliyyətində hər hansı mənfi təsir qeydə alınmayıb və istifadəçilər xidmətlərdən tam təhlükəsiz şəkildə istifadə etməyə davam edə bilərlər.

Xatırladaq ki, ispan iş adamı Amansio Orteqa tərəfindən yaradılan "Inditex" hazırda dünyanın 100-ə yaxın ölkəsində 5 500-dək satış nöqtəsinə sahibdir. Korporasiyaya "Zara", "Pull&Bear", "Massimo Dutti", "Bershka", "Stradivarius" və "Oysho" kimi populyar markalar daxildir. Şirkət 2025-ci maliyyə ili üçün (1 fevral 2025 - 31 yanvar 2026) xalis gəlirinin 6.22 milyard avro təşkil edərək tarixi rekord həddə çatacağını proqnozlaşdırır.скачать dle 11.3
Mojo.az Banner