Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlətə xəyanətdə təqsirləndirilən Zahirəddin İbrahimovun məhkəməsi başlayıb

02.04.2026 11:35 981
Dövlətə xəyanətdə təqsirləndirilən Zahirəddin İbrahimovun məhkəməsi başlayıb
Üçüncü ölkənin ərazisində məskunlaşıb digər ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan Respublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilən Zahirəddin İbrahimovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah edilib.

Məhkəmə tərkibi işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası 16 aprelə təyin edilib.

Qeyd edək ki, Zahirəddin İbrahimov DTX-də başlanılmış cinayət işi üzrə ötən ilin mart ayında həbs edilib.

Müəyyən edilib ki, Zahirəddin İbrahimov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirmiş, genişmiqyaslı destruktiv separatçı təşkilatlanma işi aparıb.

Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281-1.2 (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və simvolları qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə nümayiş etdirmə və yayma), 281-1.3 (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və simvolları xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə nümayiş etdirmə və yayma), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.скачать dle 11.3
Mojo.az Banner