Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - Video

30.03.2026 13:10 819
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - Video
Paytaxtda müşahidə olunan güclü yağışlardan sonra küçə və prospektlərdə bir çox avtomobilin dövlət qeydiyyat nişanları suda itib. Son günlər sosial şəbəkələrdə itmiş nömrələrin axtarışı ilə bağlı paylaşımların artması problemin miqyasını açıq şəkildə göstərir.

Median.Az
Xəzər TV-yə istinadla xəbər verir ki, bəzi sürücülər itmiş nömrələrinin tapılması üçün elanlar verir, bəziləri isə aidiyyəti qurumlara üz tutmağa məcbur olurlar. Mövcud qaydalara əsasən, dövlət qeydiyyat nişanı itib və tapılmayıbsa, həmin nömrənin eyni kombinasiyası ilə yenisinin verilməsi qeyri-mümkündür.

Nəqliyyat vasitəsinin sahibi nömrənin oğurlanması, yaxud itməsi faktına aydınlıq gətirmək üçün ərazi polis orqanına müraciət etməlidir. "Yol hərəkəti haqqında" qanunun 29-cu maddəsinə əsasən, itmiş və ya oğurlanmış nömrə tapıldıqda, o ilk olaraq sonuncu sahibinə təklif edilir.

Lakin nömrə tapılmadıqda sürücünü uzun və yorucu prosedur gözləyir. Bu halda avtomobil üçün tamamilə yeni qeydiyyat nişanı alınmalı, həmçinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texniki pasport) dəyişdirilməlidir.
скачать dle 11.3
Mojo.az Banner