Mojo.az Banner
16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Ötən il vəkillərə 5.5 milyon manat ödəniş edilib - SƏBƏB

08.02.2025 13:31 1 254
Ötən il vəkillərə 5.5 milyon manat ödəniş edilib - SƏBƏB
Ötən il dövlət hesabına göstərilən hüquqi yardımla əlaqədar vəkillərə 5 milyon 500 min manata yaxın pul ödənilib.

Bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

Bildirilib ki, ötən il təsdiq olunmuş dövlət büdcəsi üzrə Vəkillər Kollegiyasına göstərilən hüquqi yardımla əlaqədar 5 milyon 500 min manat vəsait nəzərdə tutulub və 2024-cü ildə həmin vəsaitin Kollegiyaya ayrılması müvafiq qaydada təmin olunub.

Həmçinin kollegiya tərəfindən 2024-cü il ərzində büdcə haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq və maliyyə intizamına riayət edilməklə cinayət prosesini həyata keçirən orqanların qərarları əsasında dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların (məbləğlərin) ödənişləri vaxtında təmin olunub.

Belə ki, hesabat ilində dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların ödənilməsi üçün nəzərdə tutulan vəsaitlə bağlı xərclərin rüblər və aylar üzrə bölgüsünə uyğun olaraq, vəkil büroları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən sənədlərin Kollegiyaya təqdim edilməsi ardıcıllığı gözlənilməklə cinayət prosesini həyata keçirən orqanlar (təhqiqat, istintaq, prokurorluq orqanları və məhkəmələr), o cümlədən mülki işlər üzrə qəbul olunan qərarlar əsasında dövlət hesabına hüquqi yardıma görə 40 min 650 qərar üzrə 5 milyon 499 min 994 manat 34 qəpik (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 96 vəkil qurumuna və 37 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 979 vəkilə ödənişi təmin edilib.скачать dle 11.3
Mojo.az Banner