Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda dənizçilik sahəsində daha iki sənəd dövlət rüsumu ödənilməklə veriləcək

18.10.2023 13:33 3 312
Azərbaycanda dənizçilik sahəsində daha iki sənəd dövlət rüsumu ödənilməklə veriləcək
Azərbaycanda dənizçilik sahəsində daha 2 sənəd - “Gəmi tarixinin fasiləsiz qeydlər sənədi”, eləcə də “Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması barədə Şəhadətnamə” dövlət rüsumları ödənilməklə veriləcək.

“Report” xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin dövlət rüsumları 65 manat təşkil edəcək.

Bundan başqa, qanun layihəsi dəniz nəqliyyatında bəzi sənədlərin adlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Belə ki, “Heyətin tərkibi haqqında Şəhadətnamə”nin əvəzinə “Minimum heyət tərkibi haqqında Şəhadətnamə”, “Neftlə çirklənmənin qarşısının alınması haqqında Şəhadətnamə”nin əvəzinə “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı” haqqında Şəhadətnamə”, “Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnaməsi (işçi diplom) və təsdiqnamə”nin əvəzinə “Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnaməsi (diplom) və təsdiqnamə”, “Gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatı”nın əvəzinə “Gəmi heyət üzvləri üçün xüsusi hazırlıq şəhadətnaməsi” olacaq.скачать dle 11.3
Mojo.az Banner