Mojo.az Banner
18:09 Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - VİDEO  |     18:01 Mask bunu da etdi - Ağzını açmadan danışa bildi (VİDEO)  |     17:55 "Çelsi" səfərdə uduzdu  |     17:45 Suriyada silah anbarında partlayış: 11 hərbçi öldü  |     17:22 Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi  |     17:07 Göygöl rayonuna dolu düşüb - Faktiki hava  |     17:02 Bakıda baş verən güclü yanğın söndürülüb (Video)  |     16:48 Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam  |     16:38 Füzulidə ağır qəza - Ölən və yaralananlar var  |     16:22 Pensiya və minimum əməkhaqqı artır - VİDEO  |     16:21 Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq  |     16:18 Arvadını 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu  |     16:16 26 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir: İkisinin fəaliyyəti dayandırılır  |     16:12 Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?  |     16:10 Həkəri çayında batan şəxsin meyiti 2 ay sonra tapıldı  |     14:23 Donald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?  |     14:22 Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı  |     14:21 Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı  |     14:19 Bakıda qadına çoxsaylı bıçaq zərbələri vuruldu - 17 yaşlı oğlu saxlanıldı (Yenilənib)  |     14:17 Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları (Video)  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisi sürücülərdən tibbi arayış tələb edir? - VİDEO

29.10.2021 13:29 1 518
Yol polisi sürücülərdən tibbi arayış tələb edir? - VİDEO
Bakıda mağazalara çörəkdaşıyan avtomobillərin sürücülərindən sağlamlıq haqqında arayış tələb olunur.

“Xəzər Xəbər”in məlumatına görə, bu problemlə paytaxtda çörək istehsalı və çörəyin mağazalara çatdırılmasını təşkil edən sahibkar Söhrab Cabbarov üzləşib.

Çörək sexinin sahibi iddia edir ki, yol polisi çörəyin mağazalara çatdırmasına mane olur.

O deyir ki, son bir neçə gündür səhərin erkən saatlarında çörəyin daşınmasını həyata keçirən avtomobillərin sürücüləri yollarda müəyyən maneələrlə üzləşirlər.

Sürücülərin reysqabağı tibbi arayışları olmadığından sahibkar iddia edir ki, yol polisi onların çörəklə dolu olan avtomobillərini cərimə meydançasına aparır. Hətta belə hal bir neçə dəfə təkrarlandığından onlara maddi zərər də dəyib.

Söhrab Cabbarov deyir ki, bütün sürücülərin işə qəbulu zamanı onlardan tibbi arayış alınıb. Səhhəti normal olan sürücülər işə götürülüb. Qanunvericiliyə görə, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin və sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə protokolu aidiyyəti üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları tərtib edə bilər.

Məsələyə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi də münasibət bildirib. İdarədən deyilib ki, sürücü bununla bağlı yol polis idarəsinə müraciət etsin, onun şikayəti qısa zamanda araşdırılacaq.

Mövzu ilə bağlı süjeti təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner