Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaricdən gələn bağlamalar açılır və içindən nəsə götürülür? - "Azərpoçt" iddialara cavab verdi

05.09.2019 20:27 1 393
Xaricdən gələn bağlamalar açılır və içindən nəsə götürülür? -
Dəfələrlə sosial şəbəkələrdə, bəzi KİV-lərdə "Azərpoçt"un filiallarına gələn bağlamaların açıldığı və bəzi məhsulların yoxa çıxdığına dair iddialar səsləndirilib. Şikayətlər elə indi də davam edir. Bunlar, əsasən, xarici ölkələrdən və yaxud xarici alış-veriş saytlarından edilən sifarişlərlə bağlı olur.

Median.Az
-ın məlumatına görə, oxu.az-ın əməkdaşı məsələni araşdırmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova ilə əlaqə saxlayıb.

G.Gözəlova bu iddiaları "əsassız" adlandırıb. Onun sözlərinə görə, xarici ölkələrdən gələn bağlamalar tranzit üsulla Azərbaycana gətirilir:

"Kimsə bağlamanın zədəli olduğunu iddia edirsə, bununla bağlı onu həmin poçt filialında yoxlamalı və şikayət ərizəsi yazmalıdır. Şikayətə baxılması ilə bağlı "Azərpoçt" tərəfindən 15 gün müddətinə vətəndaşa cavab verilir. Araşdırma üç ay müddətində davam edir və təsdiqini tapsa, o zaman həmin şəxsə dəymiş zərər bağlamanın zədələndiyi ölkə tərəfindən ödənilir.

Hər hansı vətəndaş bağlamanı götürüb, yoxlamadan evə aparırsa və məlum olursa ki, nəsə çatışmazlıq var, onda buna məsul elə həmin şəxs olur. Hər bir şəxs bağlamanı götürən zaman yoxlamalıdır. Bağlamanın içərisində malların siyahısı olur. Bu siyahı bağlamanın təhvil götürüldüyü ölkənin aidiyyəti poçt şöbəsinin əməliyyatçısı tərəfindən qeydə alınır və bağlamanın içərisinə qoyulur. Həmin bağlamanı alan şəxs aidiyyəti poçt şöbəsində əməliyyatçının iştirakı ilə aça və yoxlaya bilər".

G.Gözəlova bildirib ki, bu günə kimi belə hallar aşkarlanıb və lazımi tədbirlər görülüb.

Son xəbərlər