Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bronxial astmalı uşaqları sayı ildən-ilə artır

04.09.2019 21:36 1 959
Azərbaycanda bronxial astmalı uşaqları sayı ildən-ilə artır
İlin əvvəlindən indiyədək bronxial astma xəstəsi olan 900 uşağın stasionar şəraitdə müalicə və müayinə olunması üçün 6 saylı Uşaq Kliniki Xəstəxanasının allerqologiya şöbəsinə müraciət edilib.

Bunu Oxu.Az-a açıqlamasında şöbə müdiri Lalə Axundova deyib.

Onun sözlərinə görə, ildən-ilə bu xəstəliklə bağlı müraciət edənlərin sayı artır:

"2018-ci ildə 875 belə xəstə müraciət etmişdi. Amma bu günə kimi eyni diaqnozla 900 xəstə qeydiyyatdan keçib. İlin sonuna kimi daha 300-400 xəstənin müraciət edəcəyi istisna deyil. Hər il xəstələrin sayı 75-200 arası çoxalır.

Son vaxtlar daha çox Quba, Qusar, Gəncə, Ağdaş, Zaqatala, Balakən, Lerik və Lənkərandan gələnlərin sayı artıb. Məlumdur ki, rütubətli zonalarda bu xəstəlik daha geniş yayılıb. Pirşağı, Mərdəkan, Maştağa və digər Bakıətrafı qəsəbələrdən də müraciət edənlər olur.

Amma ümumi olaraq hazırda allerqoloji mərkəzin poliklinika şöbəsində Bakı şəhəri üzrə 2000-ə yaxın bronxial astmalı uşaq qeydiyyatdadır".

L.Axundova əlavə edib ki, bu xəstəliyin yaranmasının əsas səbəbi genetikdir:

"Çox vaxt ekoloji problemlər, qida məhsullarının tərkibində olan müxtəlif maddələr bronxial astma xəstəliyinin yaranmasına səbəb ola bilir. Amma genetik faktorlar daha mühüm rol oynayır.

Allerqologiya şöbəsinə daha çox 6-12 yaş arası uşaqlar gətirilir. Bəzən həmin uşaqlar yaşadıqları rayonda aldıqları müalicənin xeyrini görmürlər. Buna görə də bizim şöbəyə müraciət edirlər".

Son xəbərlər