Mojo.az Banner
Left Banner
Right Banner

Şəki sakini ilan sancması əlaməti ilə xəstəxanaya yerləşdirilib

30.08.2019 23:55 1 663
Şəki sakini ilan sancması əlaməti ilə xəstəxanaya yerləşdirilib
Şəkidə fındıq yığan 76 yaşlı qadını ilan sancıb.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, bu gün axşam saatlarında rayonun Aşağı Göynük kənd sakini, 1943-cü il təvəllüdlü Laləzar Mustafa qızı İdrisova ilan sancması xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Məlumatda bildirilib ki, L.İdrisova yaşağı ünvanda fındıq yığan zaman ilan qəfildən onun sol ayağının baldır nahiyəsindən sancıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən L.İdrisovaya lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

L.İdrisovanın vəziyyətinin orta-ağır olduğu bildirilir.скачать dle 11.3
Mojo.az Banner